Hədis elmi

Yaxşı mal-dövlət əməlisaleh adama aiddir


عن عمرو بن العاص قال ثم بعث إلى النبي صلى الله عليه وسلم فأمرنى أن آخذ على ثيابي وسلاحى ثم آتيه ففعلت فأتيته وهو يتوضأ فصعد إلى البصر ثم طأطأ ثم قال يا عمرو إني أريد أن أبعثك على جيش فيغنمك الله وأزعب لك زعبة من المال صالحة قلت إني لم اسلم رغبة في المال إنما أسلمت رغبة في الإسلام فأكون مع رسول الله صلى الله عليه وسلم فقال يا عمرو نعم المال الصالح للمرء الصالح

Amr ibn As (r.a) deyir ki, Peyğəmbər (s.a.s) bir adamla mənə xəbər göndərdi ki, döyüş paltarımı və silahımı götürüb onun yanına gəlim. Mən döyüş paltarımı və silahımı götürüb onun yanına gələndə o, dəstəmaz alırdı. O mənə tərəf baxdı, sonra başını aşağı salıb (dəstəmazına davam edərək) buyurdu: “Ey Amr! İstəyirəm səni qoşuna başçı təyin edib (düşmənin üstünə) göndərim ki, Allah sənə qənimət nəsib etsin. Və istəyirəm ki, sənin yaxşı mal-dövlətin olsun”. Mən dedim: “Mən mal-dövlət əldə etmək üçün müsəlman olmamışam. Mən yalnız İslam dininə olan rəğbətə görə, Allahın elçisi (s.a.s) ilə birgə olmaqdan ötrü müsəlman olmuşam”. O buyurdu: “Ey Amr! Yaxşı malın əməlisaleh adama məxsus olması necə də gözəldir!”
[ Səhihdir ]

Oxşar məqalələr

Hədis elmi

Qohumluq əlaqələrını möhkəmləndırməyın fəzılətı

عن أبى هريرة قال اتى رجل النبي صلى الله عليه وسلم فقال يا رسول الله ان لي قرابة أصلهم ويقطعون وأحسن إليهم ويسيئون إلى ويجهلون على وأحلم عنهم قال لئن …

2 dəq. oxunuş 3 828
Hədis elmi

Mömin tənə vuran deyil

عن سالم بن عبد الله قال ما سمعت عبد الله لاعنا أحدا قط ليس إنسانا وكان سالم يقول قال عبد الله بن عمر قال رسول الله صلى الله عليه وسلم لا ينبغي للمؤمن…

3 dəq. oxunuş 4 065

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz