Xristian anaya İslam dinini bəyan etmək
عن أبي هريرة يقول ما سمع بي أحد يهودي ولا نصرانى الا أحبنى إن امى كنت أريدها على الإسلام فتأبى فقلت لها فأبت فأتيت النبي صلى الله عليه وسلم فقلت ادع الله لها فدعا فأتيتها وقد أجافت عليها الباب فقالت يا أبا هريرة إني أسلمت فأخبرت النبي صلى الله عليه وسلم فقلت ادع الله لي ولأمى فقال اللهم عبدك أبو هريرة وأمه أحبهما إلى الناس"
34. Əbu Hureyra (r.a) demişdir: “Mənim barəmdə eşidən elə bir yəhudi, yaxud nəsrani yoxdur ki, məni sevməsin. Mən anamı İslam dininə dəvət edirdim, o isə bunu rədd edirdi. Bir gün yenə dəvətimi rədd etdikdə Peyğəmbərin (s.a.s) yanına gəlib dedim: “Onun üçün Allaha dua et”. O da dua etdi. Sonra mən anamın yanına qayıtdım. Anam qapını üzümə bağlamışdı. O dedi: “Ey Əbu Hureyra! Mən müsəlman oldum”. Bunu Peyğəmbərə (s.a.s) xəbər verdikdən sonra dedim: “Mənim üçün də anam üçün də Allaha dua et”. O da dua etdi: “Allahım! Qulların olan Əbu Hureyra və onun anasını insanlara sevdir!”
[ Həsəndir ]
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz