Xoş söz
عن عبد الله بن يزيد الخطمي قال قال رسول الله صلى الله عليه وسلم كل معروف صدقة
Abdullah ibn Yezid əl-Xətmi (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Hər xoş söz sədəqədir”.
[ Səhihdir ]
عن أنس قال كان النبي صلى الله عليه وسلم إذا أتى بالشىء يقول اذهبوا به إلى فلانة فإنها كانت صديقة خديجة اذهبوا به إلى بيت فلانة فإنها كانت تحب خديجة
Ənəs (r.a) rəvayət edir ki, Peyğəmbərə (s.a.s) bir şey gətirildikdə deyərdi: “Aparın bunu filan qadının evinə! Çünki o, Xədicənin rəfiqəsi olub. Aparın bunu filan qadına! Çünki o, Xədicəni çox sevərdi”.
[ Həsəndir ]
عن حذيفة قال قال نبيكم صلى الله عليه وسلم كل معروف صدقة
Huzeyfə (r.a) dedi: “Peyğəmbəriniz (s.a.s) demişdir: “Hər yaxşı söz sədəqədir”.
[ Səhihdir ]
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz