Hədis elmi

Xörəyin suyunu çox edib qonşulara da pay vermək


عن أبى ذر قال أوصانى خليلي صلى الله عليه وسلم بثلاث أسمع وأطيع ولو لعبد مجدع الأطراف وإذا صنعت مرقة فأكثر ماءها ثم انظر أهل بيت من جيرانك فاصبهم منه بمعروف وصل الصلاة لوقتها فإن وجدت الإمام قد صلى فقد أحرزت صلاتك وإلا فهى نافلة

113. Əbu Zərr (r.a) rəvayət edir ki, əziz dostum (s.a.s) mənə üç şeyi tövsiyə etdi: “(Başçınız) şikəst bir qul olsa belə eşit və itaət et; xörək bişirdikdə onun suyunu çox elə. Sonra qonşularından olan ev əhlinə nəzər sal və xörəkdən lazımi qədər onlara da ver; (hər) namazı öz vaxtında qıl. İmamı namazı qılan görsən (və camaatla birgə bir daha namaz qılsan), bu sənin üçün nafilə (əlavə namaz) olar. Əks halda artıq sən öz namazını yerinə yetirmişsən”.
[ Səhihdir ]

عن أبى ذر قال قال النبي صلى الله عليه وسلم يا أبا ذر إذا طبخت مرقة فأكثر ماء المرقة وتعاهد جيرانك أو اقسم في جيرانك

114. Əbu Zərr (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Ey Əbu Zərr! Xörək bişirəndə onun suyunu çox elə və qonşularını da (yeməyə) çağır, yaxud qonşularınla bölüşdür”.
[ Səhihdir ]

Oxşar məqalələr

Hədis elmi

Qohumluq əlaqələrını möhkəmləndırməyın fəzılətı

عن أبى هريرة قال اتى رجل النبي صلى الله عليه وسلم فقال يا رسول الله ان لي قرابة أصلهم ويقطعون وأحسن إليهم ويسيئون إلى ويجهلون على وأحلم عنهم قال لئن …

2 dəq. oxunuş 3 829
Hədis elmi

Mömin tənə vuran deyil

عن سالم بن عبد الله قال ما سمعت عبد الله لاعنا أحدا قط ليس إنسانا وكان سالم يقول قال عبد الله بن عمر قال رسول الله صلى الله عليه وسلم لا ينبغي للمؤمن…

3 dəq. oxunuş 4 066

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz