Xalq icinde xidir baba (xidirlez ve xidirnebi) den komek isdemek duzdur ve varmi?
Sual: XALQ ICINDE XIDIR BABA (XIDIRLEZ VE XIDIRNEBI) DEN KOMEK ISDEMEK DUZDUR VE VARMI
Cavab:
Əs-sələmu aleykum.
Hər bir müsəlman yalnız Allaha ibadət etməli və yalnız Ondan yardım diləməlidir. Uca Allah Fatihə surəsinin 5-ci ayəsində belə buyurur: “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” Bu ayəni deyən şəxs ona əməl də etməlidir. Yəni həmin şəxs yalnız Allaha ibadət etməli və yalnız ondan yardım diləməlidir. Uca Allah bu ayə vasitəsi ilə sanki öz bəndələrinə bu iki əməli əmr edir.
Başqa bir ayədə isə belə buyurur: “Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), onu Özündən başqa (səndən) heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətini (lütfünü) geri qaytara bilməz...” (Yunus surəsi 107-ci ayə).
Bu ayədən öncəki ayədə isə uca Allah belə buyurur: “Allahdan başqa, sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə dua etmə! Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan!...” (Yunus surəsi 106-cı ayə). Bu ayələr onu göstərir ki, yalnız dua edib Allahdan istəmək lazımdır.
Uca Allah digər ayədə də belə buyurur: “Siz Allahı qoyub ancaq bütlərə ibadət edir, (onlara tanrı deməklə) yalan uydurursunuz. Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Ruzini Allahdan diləyin. Ona tapının, Ona şükür edin. Siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!” (əl-Ənkəbut surəsi 17-ci ayə).
Uca Allah “Fatir” surəsinin 13, 14-cü ayələrində belə buyurur: “...Sizin Ondan qeyri ibadət etdikləriniz bir çəyirdək qabığına belə sahib deyillər. Əgər siz onları çağırsanız (dua etsəniz), onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr də cavab verə bilməzlər (çünki Allah onlara nitq qabiliyyəti verməmişdir). Özləri də qiyamət günü sizin (Onları Allaha) şərik qoşduğunuzu (onlara büt kimi ibadət etdiyinizi) danacaqlar...”
Bütün bu ayələr onu göstərir ki, Allahı qoyub Ondan qeyrisinə (həmçinin Xıdır peyğəmbərə də) dua etmək olmaz. Lakin buna baxmayaraq bəzi avam insanlar öz bildiklərini edirlər. Onlara deyildikdə ki, “Allahdan qeyrisinə ibadət etməyin, onlardan heç nə diləməyin” onlar belə cavab verirlər. Biz onlara ibadət etmirik. Biz yalnız onlar vasitəsi ilə Allaha yaxınlaşırıq ki, Allah onların vasitəsi ilə bizim əməllərimizi qəbul etsin. Lakin həmin insanlar düşünmürlər ki, elə bu əməlin özü o vaxtkı müşriklərin əməlləridir. Onlara da Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) “Bütlərə ibadət etməyin” - dedikdə belə cavab verdilər. Biz onlar vasitəsi ilə Allaha yaxınlaşırıq. Elə bu əməllərinə görə uca Allah onları müşrik adlandırdı.
Uca Allah buyurur: “Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!" (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!” (əz-Zumər surəsi 3-cü ayə).
Bu da onu göstərir ki, onların etdikləri əməl şirkdir. Hamıya məlumdur ki, uca Allah Ona şərik qoşanı əsla bağışlamayacaq və həmin şəxsi əbədi olaraq Cəhənnəmə atacaqdır. Bu xüsusda uca Allah buyurur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur.” (ən-Nisa surəsi 48-ci ayə).
Onu da qeyd edək ki, Xıdır peyğəmbərin sağ olduğunu iddia edənlərin heç bir dəlilləri yoxdur. Onlar yalnız zənnə qapılaraq bunu iddia edirlər.
Allah bizi şirkdən qorusun! Amin!!!
718. Fuzuli (BAKU)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz