Hədis elmi

Valıdeynlər öldükdən sonra da onların qayğısına qalmaq


عن أبي اسيد يحدث القوم قال كنا عند النبي صلى الله عليه وسلم فقال رجل يا رسول الله هل بقى من بر أبوي شيء بعد موتهما أبرهما قال نعم خصال أربع الدعاء لهما والاستغفار لهما وإنفاذ عهدها وإكرام صديقهما وصلة الرحم التي لا رحم لك الا من قبلهما"

35. Əbu Useyd Malik ibn Rabia (r.a) camaata rəvayət edib dedi: “Biz Peyğəmbərin (s.a.s) yanında idik. Bir kişi belə dedi: “Ey Allahın elçisi valideynlərimin vəfatından sonra onlar üçün edə biləcəyim elə bir yaxşılıq qalıbmı?” O dedi: “Bəli dörd şey; onlar üçün dua etmək və bağışlanma diləmək, onların verdiyi əhdi yerinə yetirmək, onların dostuna yaxşılıq etmək, onlar tərəfdən olan qohumlarla əlaqələri möhkəmləndirmək”.
[ Zəifdir ]

عن أبى هريرة قال ترفع للميت بعد موته درجته فيقول أي رب أي شيء هذه فيقال ولدك استغفر لك"

36. Əbu Hureyra (r.a) dedi: “Ölən adamın dərəcəsi onun vəfatından sonra da qaldırılar. O da: “Ey Rəbbim! Bu nəyə görədir?” deyə soruşar”. (Ona) “Övladın sənin üçün bağışlanma diləmişdir”- deyirlər”.
[ İsnadı həsəndir ]

عن محمد بن سيرين كنا عند أبى هريرة ليلة فقال اللهم اغفر لأبى هريرة ولأمى ولمن استغفر لهما قال محمد فنحن نستغفر لهما حتى ندخل في دعوة أبى هريرة"

37. Muhəmməd ibn Sirin rəvayət edir ki, bir gecə biz Əbu Hureyranın (r.a) yanında idik. O dedi: “Allahım! Əbu Hureyranı, onun anasını və onlar üçün bağışlanma diləyən kimsələri bağışla!” Biz onlar üçün bağışlanma dilədik ki, Əbu Hureyranın duası bizə də yetişsin.
[ İsnadı səhihdir ]

عن أبى هريرة أن رسول الله صلى الله عليه وسلم قال إذا مات العبد انقطع عنه عمله إلا من ثلاث صدقة جارية أو علم ينتفع به أو ولد صالح يدعو له"

38. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “Bəndə ölən kimi onun bütün əməlləri kəsilir. Yalnız üç şey istisnadır; Davamlı sədəqə, yaxud fayda verən elm və ya onun üçün dua edən əməlisaleh övlad”.
[ Səhihdir ]


عن بن عباس أن رجلا قال يا رسول الله إن أمى توفيت ولم توص أفينفعها أن أتصدق عنها قال نعم"

39. İbn Abbas (r.a) rəvayət edir ki, bir kişi dedi: “Ey Allahın elçisi! Anam vəfat etmiş və heç nə vəsiyyət etməmişdir. Anamın əvəzinə sədəqə verməyim ona fayda verərmi?” Peyğəmbər (s.a.s) : “Bəli”- deyə cavab verdi.
[ Səhihdir ]

Oxşar məqalələr

Hədis elmi

Qohumluq əlaqələrını möhkəmləndırməyın fəzılətı

عن أبى هريرة قال اتى رجل النبي صلى الله عليه وسلم فقال يا رسول الله ان لي قرابة أصلهم ويقطعون وأحسن إليهم ويسيئون إلى ويجهلون على وأحلم عنهم قال لئن …

2 dəq. oxunuş 3 828
Hədis elmi

Mömin tənə vuran deyil

عن سالم بن عبد الله قال ما سمعت عبد الله لاعنا أحدا قط ليس إنسانا وكان سالم يقول قال عبد الله بن عمر قال رسول الله صلى الله عليه وسلم لا ينبغي للمؤمن…

3 dəq. oxunuş 4 065

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz