Uşağın başını sığallamaq
حدثني يوسف بن عبد الله بن سلام قال سماني رسول الله صلى الله عليه وسلم يوسف وأقعدنى على حجره ومسح على رأسي
367.Yusuf ibn Abdullah ibn Səlam (r.a) deyir ki: “Peyğəmbər (s.a.s) mənə Yusuf adını verdi, məni dizinin üstünə oturtdu və mənim başımı sığalladı”.
[ İsnadı səhihdir ]
عن عائشة قالت كنت ألعب بالبنات عند النبي صلى الله عليه وسلم وكان لي صواحب يلعبن معي فكان رسول الله صلى الله عليه وسلم إذا دخل ينقمعن منه فيسر بهن إلى فيلعبن معي
368. Aişə (r.a) deyir ki, mən Peyğəmbərin (s.a.s) yanında gəlinciklərlə oynayardım. Mənimlə oynayan rəfiqələrim də var idi. Peyğəmbər (s.a.s) içəri daxil olduğu zaman rəfiqələrim ondan utanaraq çölə çıxardılar. Peyğəmbər (s.a.s) isə onları mənim yanıma göndərər və onlar mənimlə oynayardılar”.
[ Səhihdir ]
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz