Uca Allah buyurur: “Sizlərdən xəstə və ya səfərdə olanı varsa, başqa günlərdə eyni sayda…
Sual: coxsaolun
Cavab:
Və aleykumus-sələm. Əgər sizin xəstəliyiz xroniki (sağalmayan) xəstəlikdirsə və oruc tutmaq sizə zərər verirsə, onda orucu tərk etməli və tutmadığınız hər günün əvəzinə bir kasıb yedizdirməlisiniz. Əgər sizin xəstəliyiniz xroniki deyilsə, onda xəstə olduğunuz müddətdə oruc tutmağı tərk etməli və sağaldıqdan sonra həmin günlərin qəzasını tutmalısınız. Uca Allah buyurur: “Sizlərdən xəstə və ya səfərdə olanı varsa, başqa günlərdə eyni sayda [oruc tutmalıdır]. Buna taqəti olmayanlar isə [buraxdığı hər gününün əvəzinə] bir yoxsulu yedirtməklə fidyə verməlidirlər.” (əl-Bəqərə surəsi 184-cü ayə). Allah bütün xəstə qardaş və bacılarımıza şəfa versin! Amin!!!
253. Hasilov Abdurahman (Baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz