Əqidə

Tərcüməçisiz görüş

Məhəmməd peyğəmbər (sallallahu aleyhi vəsəlləm) belə buyurdu: ″Elə bir kəs yoxdur ki, Aləmlərin Rəbbi arada bir pərdə və tərcüməçı olmadan onu sorğu-sual etməsin.″ Adı bin Xatim belə demişdir: ″Mən Peyğəmbərin bir söhbətinə şahid oldum. Belə buyururdu:
″Heç şübhəsiz hər biriniz arada əngəl olan bir pərdə və məramını ifadə edən tərcüməçi olmadan Allahın hüzurunda ayaq üstə duracaqsınız. Allah soruşacaq: ″Sənə mal vermədim mi?″ Qul:″Bəli, verdin″, deyəcək. Allah:″Sənə elçi göndərmədim mi?″ deyə soruşacaq. Qul:″Bəli, göndərdin″deyəcək. Sonra sağına baxacaq Cəhənnəm atəşindən başqa bir şey görməyəcək. Soluna baxacaq yenə Cəhənnəm atəşindən başqa bir şey görməyəcək. Elə isə (dünyada sədəqə olaraq verəcəyi) bir xurma ilə də olsa atəşdən qorunsun. Bunu da tapa bilmirsə, gözəl bir sözlə sədəqə versin.″

Abdullah bin Məsud and içərək sözünə başlayıb belə dedi: ″Allaha and olsun ki, aranızda elə bir kəs yoxdur ki, birinizin dolğun Ay ilə baş-başa qaldığı kimi Rəbbiylə baş-başa qalmasın.″

Azerislam.com

Oxşar məqalələr

Əqidə

Nurlu dəstə

Düşün bir kərə! Cənnətə girdiyinə artıq əminsən. Cənnətin qapısının sənin və səninlə bərabər digər Allah dostları üçün açıldığını bilirsən. Ətrafının…

2 dəq. oxunuş 8 204
Əqidə

Ömər ibnu'l xəttab dönəmi: fəthlər

İsami fəthlər Hz. Əbu Bəkir vəfat etdiyi zaman İslam orduları iki cəbhədə cihad edirdilər: bu cəbhələrdən biri İran, digəri də Bizans cəbhəsi idi. Fə…

11 dəq. oxunuş 2 159
Əqidə

Ölümsüzlük yurduna ilk addım

Artıq bu, əzab və ölümdən qurtulduğuna əmin olaraq ölümsüzlük torpağına atdığın ilk addımdır. Sən müşk torpağın üzərində və zəfəran bağçası içərisind…

2 dəq. oxunuş

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz