Hədis elmi

Tamahkarliq


عن أبى هريرة قال قال رسول الله صلى الله عليه وسلم لا يجتمع غبار في سبيل الله ودخان جهنم في جوف عبد أبدا ولا يجتمع الشح والإيمان في قلب عبد أبدا

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “Bir adamın daxilində Allah yolunda (cihadda) olan tozanaqla Cəhənnəm tüstüsü heç vaxt birləşə bilməz. Eləcə də bir bəndənin qəlbində tamahla iman heç vaxt birləşə bilməz”.
[ Səhihdir ]

عن أبى سعيد الخدري عن النبي صلى الله عليه وسلم قال خصلتان لا يجتمعان في مؤمن البخل وسوء الخلق

Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “İki xislət var ki, onlar müsəlmanda cəm ola bilməz; xəsislik və pis əxlaq”.
[ Zəifdir ]

عن عبد الله بن ربيعة قال كنا جلوسا عند عبد الله فذكروا رجلا فذكروا من خلقه فقال عبد الله أرأيتم لو قطعتم رأسه أكنتم تستطيعون أن تعيدوه قالوا لا قال فيده قالوا لا قال فرجله قالوا لا قال فإنكم لا تستطيعون أن تغيروا خلقه حتى تغيروا خلقه إن النطفة لتستقر في الرحم أربعين ليلة ثم تنحدر دما ثم تكون علقة ثم تكون مضغة ثم يبعث الله ملكا فيكتب رزقه وخلقه وشقيا أو سعيدا

Abdullah ibn Rubeyyia deyir ki, biz Abdullahın (r.a) yanında oturmuşduq. Oturanlar bir kişi barədə söhbət açıb onun əxlaqını xatırladılar. Abdullah (r.a) dedi: “Bir deyin görüm, əgər siz onun başını kəssəniz, onu yenidən öz yerinə qaytara bilərsinizmi?” Onlar: “Xeyr!”- deyə cavab verdilər. Abdullah (r.a) dedi: “Bəs əlini necə?” Onlar yenə: “Xeyr!”- deyə cavab verdilər. Abdullah (r.a) dedi: “Bəs ayağını necə?” Onlar yenə də: “Xeyr!”- deyə cavab verdilər. Abdullah (r.a) dedi: “Siz onun xilqətini dəyişməyincə əxlaqını dəyişə bilməzsiniz?! Çünki nütfə ana bətnində qırx gün qaldıqdan sonra qana çevrilir, sonra qan laxtası, daha sonra da ət parçası olur. Sonra Allah bir mələk göndərir. O da onun ruzisini, əxlaqını, bədbəxt və ya xoşbəxt olacağını yazır”.
[ Həsəndir ]

Oxşar məqalələr

Hədis elmi

Qohumluq əlaqələrını möhkəmləndırməyın fəzılətı

عن أبى هريرة قال اتى رجل النبي صلى الله عليه وسلم فقال يا رسول الله ان لي قرابة أصلهم ويقطعون وأحسن إليهم ويسيئون إلى ويجهلون على وأحلم عنهم قال لئن …

2 dəq. oxunuş 3 828
Hədis elmi

Mömin tənə vuran deyil

عن سالم بن عبد الله قال ما سمعت عبد الله لاعنا أحدا قط ليس إنسانا وكان سالم يقول قال عبد الله بن عمر قال رسول الله صلى الله عليه وسلم لا ينبغي للمؤمن…

3 dəq. oxunuş 4 065

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz