Sual-Cavab

Sunni ve sii tarikatleri arasindaki farklar neden ibaretdir?

Sual: DIN KONULU SUALLER Bismillahir-Rehmanir-Rehim! Merhaba Benim Size bazi sorularim olucak, cevaplarsaniz cok sevinirim. (mumkunse cevaplari e-mail adresime gonderiniz) 1. Allah seytani cennetden kovduktan sonra seytan nasil cennete gidip de Adem a.s.i yoldan cikardi? 2. Kurani-Kerim in bazi surelerinin evvelinde gosterilen alif, lam, mim gibi isaretlerin anlami nedir? 3. Sunni ve sii tarikatleri arasindaki farklar neden ibaretdir? 4. Terlemeyi onleyen ve icinde bir mikter alkol olan vasitalardan i

Cavab:

Əs-sələmu aleykum.

1. Bu barədə İslam alimləri arasında böyük ixtilaflar vardır. Həmin ixtilaflardan əsas ikisini qeyd edəcəyik. Lakin bu iki rəydən hansının daha doğru olduğunu Allah bilir.

a) – Bir qisim alimlər qeyd edirlər ki, Adəmin olduğu Cənnət heç də, Allahın möminlərə vəd etdiyi, Qiyamət günü onların düşəcəkləri Cənnət deyildir. Adəm olduğu Cənnət tamam başqa Cənnətdir və həmin Cənnət yer üzərində olmuşdur. Çünki, Adəmin olduğu Cənnət Allahın möminlərə vəd etdiyi həmin Cənnət olsa idi bu Allahın bir çox ayələrinə müxalif olardı. Məsələn: Uca Allah Qurani Kərimdə bir çox ayələrdə deyir ki, Cənnətə düşən orada əbədi olaraq qalacaqlar. Lakin Adəm peyğəmbər orada əbədi qalmadı. Deməli bu həmin Cənnət deyil. Və ya uca Allah deyir ki, Cənnətdə yalan danışılmaz, lakin şeytan orada yalan danışdı və Adəmi aldandı. Həmçinin uca Allah deyir ki, Cənnətdə hüzn olmayacaqdır, lakin Adəm peyğəmbər Allahın qadağan etdiyi meyvədən yedikdən sonra hüzn içində oldu. Uca Allah deyir ki, Cənnətdə günah olunmayacaqdır, lakin Adəm peyğəmbər Allahın əmrinə asi olub günah işlətdi. Bu kimi ayələrin hamısı onu göstərir ki, Adəmin olduğu Cənnət Allahın möminlərə vəd etdiyi Cənnət deyildir.

Bu alimlər şeytanın Cənnətə girib-girməməsi barəsində belə deyirlər: Uca Allah Qurani Kərimdə hər bir yerdə şeytana əmr edir ki, oradan en, həqiqətən səm mənim rəhmətimdən qovulmusan. Bu ayələrdə “oradan en” dedikdə Cənnət deyil, səma nəzərdə tutulur və uca Allah şeytana səmadan yerə en deyə əmr edir və şeytan da oradan enir. Sonra şeytan Adəmin yer üzərində olduğu Cənnətə girir və orada onu aldadır.

b) – İkinci qisim alimlər isə qeyd edirlər ki, Adəmin olduğu Cənnət elə Allahın möminlərə vəd etdiyi, Qiyamət günü onların əbədi qalacaqları Cənnətdir. Bu qisim alimlər də bir çox dəlillər gətirirlər. Məsələn, onlar deyirlər ki, uca Allah Qurani Kərimdə Adəmə belə buyurur: “Ey Adəm! Sən də zövcən də Cənnətdə yaşayın!...” Uca Allah bu ayədə Cənnət sözünü işlətdi. Cənnət dedikdə də yalnız bir Cənnət, Qiyamət günü möminlərin əbədi qalacaqları Cənnət başa düşülür.

Bu alimlər şeytanın Cənnətə girib-girməməsi barəsində isə belə deyirlər: Uca Allah şeytanı Cənnətdən qovdu o deməkdir ki, şeytan artıq orada yaşaya bilməz və orada məskunlaşa bilməz. Lakin oradan keçə bilər və ya ora girə bilər. Məsələn, polis istədiyi zaman insanın evinə girə bilər, lakin evində yaşaya bilməz. Həmçinin bu alimlər onu da deyirlər ki, ola bilər ki, şeytan həmin Cənnətə daxil olmasın, lakin aralıdan Adəmə vəsvəsə etsin. Həmçinin o da ola bilər ki, şeytan Cənnətin qapısının yanından Adəmi çağırsın və sonra da onu aldatsın.

Bu iki rəyi ona görə gətirirk ki, oxucu bu barədə olan ixtilafları daha aydın şəkildə dərk etsin. Lakin bu barədə bəzi başqa rəylər də vardır ki, onu qeyd etmədik. Çünki, həmin rəylərin hamısını qeyd etsək böyük bir kitab alınar. Həmçinin elə həmin səbəbə görə də bu iki rəyin özünü də çox qısa şəkildə qeyd etdik. Daha güniş məlumat almaq üçün İbn Qeyyimin “Miftəhu dərus-səadə” kitabına müraciət edə bilərsiniz. Həmçinin Təbarinin, Qurtibinin, İbn Kəsirin və başqa təfsir alimlərinin təfsir kitablarına da müraciət edə bilərsiniz. Xüsusən də “əl-Əraf” surəsinin (11 – 25) təfsirinə müraciət edə bilərsiniz.

2. Bu cür ayələr Qurani Kərimdə çoxdur. Məsələn uca Allah əl-Bəqərə surəsinin 1-ci ayəsində belə buyurur: “Əlif, Lam, Mim.” Bunların hər biri ərəb əlifbasının bir hərifidir. Bu sözün mənası heç kəsə məlum deyildir. Çünki, nə uca Allah nə də Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) bu sözlərin mənasını bizə açıqlamamışdır. Odur ki, biz də bu barədə susmalıyıq. Ağlımıza gələn fərziyələri söyləməməliyik. Əgər lazım gəlsə idi bunların mənasını Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) açıqlayardı. Lakin, bu kimi sözlərin hikməti vardır və onu Allahdan başqa heç kəs bilmir.

3. Əhli sünnə və əhli şiyə arasında həm əqidə, həm də fiqhi məsələlərdə çoxlu fərqlər vardır. Bu barədə geniş danışmaq olar. Bu fərqləri bilmək üçün onların kitablarını oxumaq lazımdır.

4. İçində spirtli maddələr olan ətrlərdən və tərləməyə qarşı olan maddələrdən bu sahədə istifadə etmək olar.

Allah sizdən də razı olsun! Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

773. MUSTAFA SABANOV (BAKI)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz