Aktual

Şübhəsiz ki, məscidlər Allahındır...

Şübhəsiz ki, məscidlər Allahındır...

Belə bir deyim var:
"Məscidlərin minarələri memarlığın Allaha doğru uzanan şəhadət barmağıdır..."

Dünyada elə şəhərlər var ki, orada olanda hər dəfə yaxın məsafədə yerləşən məscidlərin azan səsləri biri-birinə qarışarkən bənzəri olmayan bir hissin sehrinə düşürsən sanki...
Belə şəhərlərdə bərəkət var...

Bu gözəl ayda dua edək ki, bir gün bizlərdə də məscidlər və bu məscidlərin içərisini bilinclə dolduracaq şüurlu vətəndaşlarımız olsun. Amin!

Ramazanın və məscidlərin sahibi Uca Allah yardımçımız olsun. Amin!
Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.
[Qurani-Kərim, əl-Bəqərə surəsi, 114-cü ayə]

Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar.
[ət-Tövbə 18]

Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin!
[əl-Cinn 18]

Azerislam.com















Oxşar məqalələr

Aktual

Susmaq sənəti

Cəlaləddin Rumi bir şeirində deyir ki: ...Hər sözə veriləcək bir cavabım var. Lakin bir sözə baxaram sözmü deyə, Bir də söyləyənə baxaram adammı deyə…

3 dəq. oxunuş 4 945
Aktual

Özünü itirmək

Qəlb kəlməsi Peyğəmbərimizin bir hədisində də deyildiyi kimi, "inqilab edən" "davamlı dəyişən" "bir qərarda dayanmayan" mənasına gəlir. Yəni "dəyişkə…

3 dəq. oxunuş 3 033

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz