Sual - Namaz qilmadiqim illerin ferz namazlarinin qezasini qila bileremmi?
Sual: Men Ramazan ayi bashlayani namaz qilmaqa bashlamisham. Allah menim ve butun muselmanlarin namazlarini qebul etsin. Menim 39 yashim var. Sual - Namaz qilmadiqim illerin ferz namazlarinin qezasini qila bileremmi? ( il erzinde her namazda 2 ferz namazi qilmaqla, 1 ile 2 ilin ferz namazlarini qilmish olurammi?)
Cavab:
Əs-sələmu aleykum.
Öncə qılınmayan namazla görə tövbə etmək kifayətdir. Həmin namazları sonradan qılmağa ehtiyac yoxdur. Çünki hər hansı bir şəxs öz günahlarını başa düşüb tövbə edərsə Allah onu bağışlayır.
Uca Allah bu barədə buyurur: “(Ya Rəsulum!) Kafir olanlara de: "Əgər onlar (öz küfrlərindən, Peyğəmbərə və möminlərə qarşı müharibədən) əl çəksələr, keçmişdəki günahları bağışlanar...” (əl-Ənfal surəsi 38-ci ayə).
Hətta insan öz etdiyi günahları başa düşüb ona tövbə edərsə uca Allah onun öncə etdiyi günahlarını savaba çevirər. Görün uca Allah necə də rəhimlidir və bağışlayandır. Uca Allah buyur: “Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!” (əl-Furqan surəsi 70-ci ayə).
Bu ayələr onu göstərir ki, tövbədən sonra Allah günahları bağışlayır. Odur ki, tövbə etdikdən sonra həmin namazları yenidən qılmağa ehtiyac yoxdur.
Həmçinin uca Allah heç vaxt bizim üçün çətinlik istəməz. Uca Allah buyurur: “…Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər...” (əl-Bəqərə surəsi 185-ci ayə).
Həmçinin Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) vaxtında İslamı yeni qəbul edən müsəlmanlar öncə qılmadıqları namzların qəzalarını qılmırdılar.
614. BAHAR (BAKI)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz