Sual 2-----qadin hamile oldugu vax tuta bilmediyi orucun qezasini ushaq olandan sonra…
Sual: salamaleykum sual 1-----ALLAH-dan bashqa neyese and icmek olar? sual 2-----qadin hamile oldugu vax tuta bilmediyi orucun qezasini ushaq olandan sonra tutmalidir, yoxsa gunde bir nefer aci yedirtmelidir?eyer tutmalidirsa bu korpe ushaq yedizdiren qadina ziyan deyilki? xahish edirem bu suallarin (esas 1 m-ci sualin)cavabini sheriyyetde tetbiq olunan cavabini mene yazin. evvelceden teshekkur edirem.
Cavab:
Və aleykumus-sələm.
1. Allahdan qeyrisinə and içmək həmin şeyi Allaha şərik qoşmaq deməkdir. Odur ki, yalnız Allahın adlarına və sifətlərinə and içmək lazımdır. İbn Ömər (Allah onların hər ikisindən razı olsun) Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) rəvayət edərək belə demişdir: “Kim Allahdan qeyrisinə and içərsə şirk etmiş olur.” (Bu hədisi İmam Əhməd rəvayət etmişdir).
Allaha and içmək şirk olduğu üçün, onun günahı digər (şirkdən qeyri) günahlardan daha çoxdur. Elə ona görə də Peyğəmbərin (səllallahu aleyhi və səlləm) ən məşhur səhabələrindən olan İbn Məsud (Allah ondan razı olsun) bu barədə belə demişdir: “Mənim üçün Allaha yalandan and içmək Allahdan qeyrisinə (inanaraq) doğurdan and içməkdən daha xoşdur.” (Bu rəvayəti Abdurrazzaq, Təbərani, Munziri, Heysəmi və başqaları rəvayət etmişlə).
İbn Məsudun bu sözü onu göstərir ki, Allahdan qeyrisinə and içmək ən böyük günah olan şirkdir. Elə ona görə də uca Allah Peğəmbərimizə (səllallahu aleyhi və səlləm) yalnız Allaha and içməyi əmr etmişdir. Uca Allah Qurani Kərimdə üç yerdə Peyğəmbərimizə (səllallahu aleyhi və səlləm) and içməyi əmr etmiş və hər birində də yalnız Allaha and içməyi buyurmuşdur. Uca Allah buyurur: “(Ya Peyğəmbərim!) Səndən: "O (bizi qorxutduğun əzab və ya qiyamət günü) doğrudurmu?" - deyə xəbər alacaqlar. Onlara belə cavab ver: "Rəbbimə and olsun ki, o doğrudur. Siz ondan canınızı qurtara bilməzsiniz!” (Yunus surəsi 53-cü ayə).
Başqa bir ayədə də belə buyurur: “(Ayələrimizi) inkar edənlər: "Qiyamət bizə gəlməyəcəkdir!" - dedilər. (Ya Peyğəmbər! Sən onlara) de: "Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, qiyamət sizə gələcəkdir.” (Səba surəsi 3-cü ayə).
Digər ayədə isə belə buyurur: “Kafir olanlar (öldükdən sonra) əsla dirildilməyəcəklərini iddia edirlər. (Ya Peyğəmbər!) De: "Bəli, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz.” (ət-Təğabun surəsi 7-ci ayə).
Əgər uca Allah Peyğəmbərimizə and içdikdə yalnız Allaha and içməyi əmr edirsə, bu əmr bizə də aiddir. Çünki Peyğəmbər bizim üçün nümunədir, örnəkdir. Uca Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab surəsi 21-ci ayə).
Allahın məxluqatlara and içməyinə gəlincə onu qeyd edə bilərik ki, bu yalnız Allaha mıxsusdur. Allah istədiyi şeyə and içə bilər və istədiyini edə bilər. Uca Allah buyurur: “...Allah istədiyini edər!” (İbrahim surəsi 27-ci ayə).
Biz özümüzü bu işdə Allaha tay tutmamalı, Ona bənzətməməliyik. Əgər biz özümüzü Allahala müqayisə etsək onda özümüzü ona bənzətmiş olarıq. Allah isə Qurani Kərimdə buyurur ki, Onun heç bir tayı-bərabəri, bənzəri yoxdur. Uca Allah buyurur: “...Ona bənzər heç bir şey yoxdur. O, (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!” (əş-Şura surəsi 11-ci ayə).
Digər ayədə isə belə buyurur: “Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!” (əl-İxlas surəsi 4-cü ayə).
Allah bizi haqqı eşidib ona tabe olanlardan etsin! Amin!!!
2. Hamilə və süd verən qadının halı xəstənin və müsafirin halına bənzəyir. Odur ki, onlar bu hallarda (əgər oruc tutmaq zərərdirsə) orucu tərk etməli və bu müddət qurtardıqdan sonra isə tutmadığı həmin günlərin qəzasını tutursunuz. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Həqiqətən, Allah müsafirə orucu və namazın yarısını, hamilə və süd verən qadına isə orucu keçmişdir.” (Bu hədisi Əhməd, Əbu Davud, Nəsai, Tirmizi və başqaları rəvayət etmişdir).
Bu hədisdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) hamilə və süd verən qadını müsavirlə müqayisə etmişdir. Bizə də məlumdur ki, müsafir tutmadığı günlərin əvəzini soradan tutur. Kəffarəyə gəlincə, həmin qadınlar heç bir kəffarə ödəmirlər. Allah bizim ibadətlərimizi qəbul etsin! Amin!!!
431. sevinc (baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz