Hədis elmi

Söyüşən iki nəfərin günahı birinci başlayanın üstünə düşər


عن أبى هريرة عن النبي صلى الله عليه وسلم قال المستبان ما قالا فعلى البادىء ما لم يعتد المظلوم

423. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Söyüşən iki kimsənin günahı, məzlum həddi aşmayınca birinci başlayanın boynuna düşər”.
[ Səhihdir ]

عن أنس عن النبي صلى الله عليه وسلم قال المستبان ما قالا فعلى البادىء حتى يعتدى المظلوم

424. Ənəs (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Söyüşən iki adamın günahı, məzlum həddi aşmayınca birinci başlayanın üzərinə düşər”.
[ Həsən səhihdir ]

قال النبي صلى الله عليه وسلم أتدرون ما العضه قالوا الله ورسوله أعلم قال نقل الحديث من بعض الناس إلى بعض ليفسدوا بينهم

425. Peyğəmbər (s.a.s) dedi: “Bilirsiniz adh (böhtan) nədir?” (Səhabələr) dedilər: “Allah və Onun elçisi daha yaxşı bilir”. Peyğəmbər (s.a.s) dedi: “İnsanlar arasında fəsad törətmək məqsədilə insanlardan bir qisminin sözünü digərlərinə çatdırmaqdır”.
[ Səhihdir ]

قال النبي صلى الله عليه وسلم ان الله عز وجل أوحى إلى أن تواضعوا ولا يبغ بعضكم على بعض

426. Peyğəmbər (s.a.s) dedi: “Allah mənə vəhy etdi ki, bir-birinizə qarşı təvazökar olasınız və bir-birinizə təcavüz etməyəsiniz”.
[ Səhihdir ]

Oxşar məqalələr

Hədis elmi

Qohumluq əlaqələrını möhkəmləndırməyın fəzılətı

عن أبى هريرة قال اتى رجل النبي صلى الله عليه وسلم فقال يا رسول الله ان لي قرابة أصلهم ويقطعون وأحسن إليهم ويسيئون إلى ويجهلون على وأحلم عنهم قال لئن …

2 dəq. oxunuş 3 853
Hədis elmi

Mömin tənə vuran deyil

عن سالم بن عبد الله قال ما سمعت عبد الله لاعنا أحدا قط ليس إنسانا وكان سالم يقول قال عبد الله بن عمر قال رسول الله صلى الله عليه وسلم لا ينبغي للمؤمن…

3 dəq. oxunuş 4 086

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz