Hədis elmi

Söyüş söymək


عن بن عباس قال استب رجلان على عهد رسول الله صلى الله عليه وسلم فسب أحدهما والآخر ساكت والنبي صلى الله عليه وسلم جالس ثم رد الآخر فنهض النبي صلى الله عليه وسلم فقيل نهضت قال نهضت الملائكة فنهضت معهم ان هذا ما كان ساكتا ردت الملائكة على الذي سبه فلما رد نهضت الملائكة

419. İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbərin (s.a.s) dövründə iki kişi bir-biri ilə söyüşdü. Onlardan biri söydü, o birisi isə susdu. Peyğəmbər (s.a.s) (onların yanında) oturmuşdu. Elə ki, söyülən adam cavab qaytarmağa başladı, Peyğəmbər (s.a.s) durub getdi. Ondan soruşdular: “(Nə üçün) durub getdin?” O dedi: “Mələklər durub getdilər deyə mən də onlarla bərabər durub getdim. Nə qədər ki, o susurdu mələklər söyən adamın cavabını verirdi. Elə ki, cavab verdi, mələklər ondan uzaqlaşdı”.
[ İsnadı zəifdir ]

عن أم الدرداء أن رجلا أتاها فقال إن رجلا نال منك عند عبد الملك فقالت أن نؤبن بما ليس فينا فطالما زكينا بما ليس فينا

420. Ummu Dərda (r.a) deyir ki, bir kişi onun yanına gəlib dedi: “Bir adam Abdul Malikin yanında sənə böhtan atdı”. Ummu Dərda (r.a) dedi: “Bizdə olmayan şeyi bizə eyib tuturlar. Halbuki bizdə olmayan şeylə bizi nə qədər tərifləyiblər”.
[ Həsən səhihdir ]

عن عبد الله إذا قال الرجل لصاحبه أنت عدوى فقد خرج أحدهما من الإسلام أو بريء من صاحبه

421. Abdullah (r.a) dedi: “Kişi öz dostuna: “Sən mənim düşmənimsən!”- desə, ikisindən biri ya İslamdan çıxar, ya da dostundan uzaqlaşmış olar”.
Qeys rəvayət edir ki, Əbu Cuheyfə mənə bildirdi ki, sonra Abdullah (r.a) bu ayəni oxudu:

إِلأَّ مَنْ تَابَ

“Tövbə edənlərdən başqa”.
[ İsnadı səhihdir ]

Oxşar məqalələr

Hədis elmi

Qohumluq əlaqələrını möhkəmləndırməyın fəzılətı

عن أبى هريرة قال اتى رجل النبي صلى الله عليه وسلم فقال يا رسول الله ان لي قرابة أصلهم ويقطعون وأحسن إليهم ويسيئون إلى ويجهلون على وأحلم عنهم قال لئن …

2 dəq. oxunuş 3 828
Hədis elmi

Mömin tənə vuran deyil

عن سالم بن عبد الله قال ما سمعت عبد الله لاعنا أحدا قط ليس إنسانا وكان سالم يقول قال عبد الله بن عمر قال رسول الله صلى الله عليه وسلم لا ينبغي للمؤمن…

3 dəq. oxunuş 4 065

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz