Sual-Cavab

Sizi narahat etdiyime gore cox uzr isteyirem?

Sual: Es salamu aleykum va rehmetullahi ve berekatuhu. Sizi narahat etdiyime gore cox uzr isteyirem. Sizin cavabiniza cox ehtiyacim var. Men namaza teze baslamisam,hele 1 ayi tamam olmayib,momin olmaga cox calisiram, hemise namazda da dua edirem ki, eger olmesem,aile heyati qursam, yalniz ve yalniz Allaha ibadet eden 1 ile qurum, Bu yaxinlarda ise 1 turk vetendasi mene oz sevdiyini bildirib, namaz qilmagimi esidince sevinib, amma ozu namaz qilmir. meni buraxmaq fikri yoxdur, men ise ona yox cavabi ver

Cavab:

Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu!

Sizə məsləhətimiz budur ki, Allaha ibadət edən və çox yaxşı tanıdığınız mömin bir şəxslə ailə həyatı qurasınız. Çünki, mömin şəxs başqalarından daha xeyirlidir. Uca Allah buyurur: “Allaha şərik qərar verən (Onu inkar edən) qadınlar imana gəlməyincə onlarla evlənməyin! Əlbəttə, Allaha iman gətirmiş bir cariyə, gözəlliyinə heyran olduğunuz bir müşrik bir qadından daha yaxşıdır. Həmçinin müşrik kişilər Allaha iman gətirməyənə qədər mömin qadınları (onlara) arvadlığa verməyin! Əlbəttə, Allaha iman gətirən bir kölə camalına məftun olduğunuz müşrik bir kişidən daha xeyirlidir. Onlar (müşrik qadınlar və kişilər) sizi Cəhənnəmə çağırdıqları halda, Allah sizi Öz izni ilə Cənnətə, məğfirətə (bağışlanmağa) çağırır və yaxşı düşünüb ibrət almaları üçün insanlara hökmlərini aydınlaşdırır.” (əl-Bəqərə surəsi 221-ci ayə).

831. Abdurrehim (baku)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz