Sizce islamda elmsiz bir sexs kimise tekfir ede bilermi?
Sual: sizce islamda elmsiz bir sexs kimise tekfir ede bilermi? tekfirde bidet eden bu sexslere salam aleykum dusurmu? onlarin arxasinda namaz qilmaq olarmi? bele fikirlesirler ki cume mescidinin imami kafirdir. ona kafir demiyen her bir sexs de kafirdir. bu onlarin fikiridir.Allah rizassi ucun elm ehli fetva versin
Cavab:
Əs-sələmu aleykum.
Xeyr, elmsiz olan səxs heç kəsə kafir deyə bilməz. Həmin şəxslər yalnız alimlərin kafir hesab etdikləri şəxslərə kafir deyə bilərlər.
Təkfirdə bu bid'ətlərə yol verən şəxslərə öncə hüccət qaldırılmalı, sonra isə onlar haqqı qəbul etməsələr onlardan salam kəsilir. Həmçinin bu cür şəxslər əsassız yerə müsəlman bir kimsəni kafir sayırlarsa, onda onlara yenə hüccət qaldırılır və bu hüccətdən sonra haqqı qəbul etməsələr onların arxasında namaz qılmaq olmaz.
Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Əgər bir şəxs öz qardaşına kafir deyərsə onlardan biri mütləq kafir olur.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Bu hədis onu göstərir ki, müsəlmana kafir deyən şəxsin özü kafir olur. Odur ki, elmsiz olaraq təkfir məsələləri ilə məşğul olan şəxslər buna görə Qiyamət günü Allahın qarşısında cavab verəcəklər. Əgər kafir dedikləri şəxsin kafir olduğunu sübut edə bilməsələr onları şiddətli əzab gözləyir. Çünki, bu şəxslər kiməsə kafir deməklə Allahın həmin şəxsi əbədi olaraq Cəhənnəmə atacağına hökm vermiş olurlar. Allahın adından da hökm verən şəxsləri şiddətli əzab gözləyir.
Həmçinin cümə məscidinin imamını kafir hesab edənlər də sanki onun barəsində qərar çıxartmışlar ki, Allah onu əbədi Cəhənnəmə atacaq. Məgər bu şəxslər yəqinliklə bilirlər ki, Allah cümə məscidinin imamını əbədi Cəhənnəmə atacaq!? Şeytan onları bu cür fikirlərlə haqq yoldan azdırır. Allah onlara hidayə versin! Amin!!!
598. AbdulXaliq (Baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz