Siz ana sahifada yazmisiniz ki, qadr gecesinde insannin urayi acilir , konlu xosh olur?
Sual: salamaleykum.siz ana sahifada yazmisiniz ki, qadr gecesinde insannin urayi acilir , konlu xosh olur . ancaq manda na ia bir sixinti oldu. bu naya gora bele oldu .bu sixintidan cixmagin qaydasini zahmat olmasa oyradardiniz.Allah razi olsun.salamaleykum
Cavab:
Və aleykumus-sələm.
Qədr gecəsi bir gün olur və onun hansı günə düşdüyünü dəqiq heç kəs bilmir. Lakin hədislərdə gəkmişdir ki, o Ramazan ayının axır on gününün tək günlərindən birinə düşür. Bəzi insanlar elə bilir ki, həmin tək günlərin hamısı qədr gecəsidir. Bu yanlış fikirdir. Odur ki siz, sıxıntı keçirdiyiniz gecənin qədr gecəsi olduğunu dəqiq deyə bilməzsiniz. Ola bilsin ki, həmin gecə qədr gecəsi olmamışdır.
Həmçinin həmin gecəni (bütün dünyavi əməlləri unudaraq) Allaha ibadətlə keçirməlidir. Bu zaman onun qəlbində heç bir sıxıntı olmayacaqdır.
415. XASAHALIEU (BAKY)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz