Əqidə

Sıratın mahiyyəti

Bütün nazik və sürüşkənliyi ilə Cəhənnəmin üzərindən uzanan və altında da Cəhənnəm atəşinin dilimləri dalğalanarkən gözünü qaldırıb Sırat körpüsünə baxdığın zaman ürəyinə dolan qorxunu təsəvvür edə bilərsən?
Bu nə müdhiş və dəhşətli bir mənzərədir! Üzərindən keçəcəyinə dəqiq olaraq əminsən və qorxudan bərəlmiş gözlərinlə Cəhənnəmin qaranlığına baxırsan. Atəş dalğalarının çırtıltısını və ta dərindən qabarmasının gurultusunu eşidirsən.
Mələklər o anlarda belə səslənər: ″Rəbbimiz, bunun üzərindən kimi keçirmək istəyirsən?″ Yenə səslənərlər: ″Rəbbimiz, Rəbbimiz! Sən qurtar, sən qurtar!″ O qorxunc, ətürpədən mənzərəyə baxarkən birdən belə əmr eşidilər: ″Çıxın körpüyə!″ Birdən-birə səninlə bərabər bütün məxluqatın ayağı altından torpağın yüksəlməsini hiss edərsən. Sonra olduğun yer başqa bir yerə çevrilər. Bütün məxluqat sanki ağappaq gümüşdən ibarət olan bir yerə yayılar.

Sonra sən bu dəhşətli körpünü seyr edərkən səninlə birlikdə hər kəsə belə deyilər: ″Çıxın körpünün üzərinə!″ Sənə bu - ″Körpüyə çıx!″ əmri verildiyi andakı həyəcan və qorxudan ürəyinin əsməsini təsəvvür et! Ağlın başından çıxar sanki. Sonra körpüyə çıxmaq üçün ayağının birini qaldırarsan. Ayağının altı ilə onun kəskinlik və nazikliyini hiss edərsən. Qorxudan ürəyin ağzına gələr. Sonra digər ayağını da körpünün üzərinə qoyub dikələrsən. İndi tam olaraq körpünün üzərində dayanmısan.

Azerislam.com

Oxşar məqalələr

Əqidə

Nurlu dəstə

Düşün bir kərə! Cənnətə girdiyinə artıq əminsən. Cənnətin qapısının sənin və səninlə bərabər digər Allah dostları üçün açıldığını bilirsən. Ətrafının…

2 dəq. oxunuş 8 204
Əqidə

Ömər ibnu'l xəttab dönəmi: fəthlər

İsami fəthlər Hz. Əbu Bəkir vəfat etdiyi zaman İslam orduları iki cəbhədə cihad edirdilər: bu cəbhələrdən biri İran, digəri də Bizans cəbhəsi idi. Fə…

11 dəq. oxunuş 2 159
Əqidə

Ölümsüzlük yurduna ilk addım

Artıq bu, əzab və ölümdən qurtulduğuna əmin olaraq ölümsüzlük torpağına atdığın ilk addımdır. Sən müşk torpağın üzərində və zəfəran bağçası içərisind…

2 dəq. oxunuş

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz