Əqidə

Sıratdan keçmə sürəti günah yükünün yüngüllüyü ilə ölçüləcək

Düşün bir anlıq! Sən qorxularına baxmayaraq, sürətlə keçib gedirsən. Sıratdan keçiş sürətin günahlarının ağırlığında və yüngüllüyündə olduğunu göz önünə gətir. Körpünün sonuna çatmısan. Qəlbini bürüyən ümüd hissi artmaqda, vücudunu nur bürüməkdədir. Hələ Sıratın üzərində olsan da artıq Cənnətin nemətlərini gözlərinlə görürsən. Ürəyin Cənnətə, Allahın qonşuluğuna, rizasına qovuşacağına əmin olmuşdur. Allahın razılığını tezliklə qazanmaq həsrətindəsən. Nəhayət Sıratın sonuna çatmısan. Bir ayağınla Sıratın sonundan Cənnətin qapısı arasında olan bölgəyə addım atırsan. Atdığın ayağını yerə qoyursan. Hələ ki, digər ayağın Sıratın üzərindədir. Qorxu və ümüd birlikdə qəlbini bürümüşkən və sənə qalib gəlmişkən digər addımını da atırsan. Artıq Sıratı bütünlüklə keçmisən. Cənnətin qapısı ağzında iki ayağını da o gözəl torpaqlara basmısan. Bütün vücudunla körpüdən ayrılmış və artıq onu geridə qoymusan. Cəhənnəm isə hələ də üzərindən keçənlərin altında çalxalanıb durar.

Sən çevrilib Sıratın üzərindəki insanlara və onun altında kükrəyən Cəhənnəmə baxırsan. Cəhənnəm qəzəb və hiddətlə coşub nərildəyərək Sıratdan ayağı büdrəyənin üzərinə atılmaqda, onların baş və bədənlərini bürüməkdədir. Allahın səni qurtardığı təhlükənin böyüklüyünə dönüb baxdıqda qəlbin sevinc hissi ilə dolar. Allaha həmd edərsən. Şükür etmək ehtiyacın daha da artar. Acizliyinə və zəifliyinə baxmayaraq, Rəbbin səni o dəhşətli təhlükədən xilas etmişdir.
Cəhənnəmi və Sırat körpüsünü arxada qoymuş, Yaradanın qonşuluğuna – Cənnətə doğru gedirsən. Sonra arxayınlıqla Cənnətin qapısına doğru addımını atırsan. Qəlbin sevinc və nəşə ilə dolmuşdur. Sevinc və fərəhlə yeriməyə davam edirsən.

Azerislam.com

Oxşar məqalələr

Əqidə

Nurlu dəstə

Düşün bir kərə! Cənnətə girdiyinə artıq əminsən. Cənnətin qapısının sənin və səninlə bərabər digər Allah dostları üçün açıldığını bilirsən. Ətrafının…

2 dəq. oxunuş 8 203
Əqidə

Ömər ibnu'l xəttab dönəmi: fəthlər

İsami fəthlər Hz. Əbu Bəkir vəfat etdiyi zaman İslam orduları iki cəbhədə cihad edirdilər: bu cəbhələrdən biri İran, digəri də Bizans cəbhəsi idi. Fə…

11 dəq. oxunuş 2 158
Əqidə

Ölümsüzlük yurduna ilk addım

Artıq bu, əzab və ölümdən qurtulduğuna əmin olaraq ölümsüzlük torpağına atdığın ilk addımdır. Sən müşk torpağın üzərində və zəfəran bağçası içərisind…

2 dəq. oxunuş

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz