Aktual

Siqaretlərdə donuz qanından istifadə olunurmuş

Siqaretlərdə donuz qanından istifadə olunurmuş

Bu yaxınlarda Sidney Universiteti müəllimlərindən Prof. Simon Chapman, siqaret filtrlərində donuz qanından alınan hemoqlobin maddəsinin istifadə edildiyini iddia etdi.

Prof. Chapman, donuz məhsulları mövzusunda həssas olan müsəlman və yəhudilərin bu mövzudan xəbərdar edilmələrinin lazım olduğunu vurğulayıb.

Prof. Chapmana görə, siqaret firmaları "ticarət sirri"ni səbəb göstərərək, siqaretlərdə istifadə etdikləri qatqı maddələrini açıqlamırlar. Donuzu "haram" olaraq görən inanc mənsublarının bu xəbərdən məmnun olmayacaqlarını ifadə edən Avstraliyalı professor, tütün sənayesində istifadə edilən maddələrin şərh edilməsinin zəruri olduğunu qeyd edib.

"Daily Mail" in xəbərinə görə, Sidney Universitetində reallaşdırılan araşdırmada siqaret filtrlərində bir növ qan zülalı olan hemoqlobin müəyyən olundu. Hemoqlobinin, filtrlərdən keçən tüstüdəki zəhərli maddələrin daha təsirli bir şəkildə süzülməsi üçün istifadə edildiyini açıqlayıb.

Prof. Chapmana görə, bəzi siqaret istehsalçıları istifadə etdikləri qatqı maddələrinin böyük hissəsini açıqlamaqla birlikdə, bir çox maddəni də "digər qatqı maddələri" adı altında qruplaşdıraraq gizlədiyini vurğulayıb.

Chapman bu günə qədər yalnız Yunanıstanda bir siqaret firmasının filtrlərdə donuz qanından əldə edilən hemoqlobindən istifadə edildiyini rəsmi olaraq açıqladığını ifadə edərək, "Donuzu haram sayan bir inanca mənsubsunuzsa, siqaretdə istifadə edilən maddələri bilmə haqqınız var" dedi.

P.S. Bir sözlə siqareti ata bilməyən lakin ozünə müsəlman deyən hər kəs bundan sonra daha yaxşı düşünməlidir...
Hələ ki, vaxt var, düşünməyə dəyər.

Azerislam.com

Oxşar məqalələr

Aktual

Yoxsa onlar görmürlər?

Yarım milyon sortdan çox bitki aləmi Allah-Təalanın yer üzündəki möcüzəvi əsərlərindən biridir. Təbiəti öz zənginliyi ilə bürüyən növbənöv bitkilər i…

5 dəq. oxunuş 19 398
Aktual

DOĞUM gününə “ÖLÜM” təbriki

Gündə bir kərpic düşür, Ömrümün sarayından [Nizami Gəncəvi] “Doğum günü!” Nədənsə bizdə bu gün “ad günü” kimi qeyd olunur. Hər kəs, - sevdiklərin, do…

4 dəq. oxunuş 11 096
Aktual

Salam

Salam, İslam, müsəlman, təslim... Hər birinin kökü eynidir. Salam deyəndə ilk əvvəl ağlımıza müsəlman olan biri gəlir. Çünki yalnız müsəlman olan, tə…

2 dəq. oxunuş 19 009

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz