Şeyxülislam axund Əhməd hüseynzadə
Əhməd Hüseynzadə 1812-ci ildə Salyanda anadan olmuşdur. Sonralar Tiflisə köçən atası Məhəmmədəli onu əvvəlcə Qafqaz Müsəlman Ruhani məktəbinə, sonra isə Şərqin dini mərkəzi olan İraqda ali dini təhsil almağa göndərilmişdir. Yüksək dini rütbələrlə qayıdan Əhməd Hüseynzadə Tiflis və Gəncə qəzalarında dini vəzifələrdə çalışmış, həm də ədəbi-bədii yaradıcılıqda məşğul olmuşdur.
1862-ci ildə imperator II Aleksandr Axund Əhməd Hüseynzadənin Zaqafqaziya Şeyxülislamı təyin olunması və ona diyarın gəlirləri hesabına ayda 1600 rubl məvacib verilməsi barədə qərarı təsdiq etmişdir.
1872-ci aprelin 5-də Zaqafqaziya Şiə müsəlmanları Ruhani İdarəsi və Zaqafqaziya Sünni müsəlmanları Ruhani İdarəsi yaradıldı və yeni ştat cədvəlləri əsasında idarə aparatları formalaşdırıldı. Bundan sonra Əhməd Hüseynzadənin fəaliyyəti genişləndirildi və vəzifə səlahiyyətləri bir qədər artırıldı.
1881-ci ildə Şeyxülislam Axund Əhməd Hüseynzadə 3-cü dərəcəli “Müqəddəs Vladimir” ordeni ilə təltif edilmişdir.
Axund Əhməd Hüseynzadə yaradıcılığa çox gənc yaşlarında başlamışdır. Dövrünün görkəmli islamşunas alimi olmaqla yanaşı, dünyəvi elmləri yaxşı bilmiş və bir neçə fənnə dair dərsliklər yazmışdır. Yazdığı əsərlər rus, fars, ərəb dillərində geniş oxucu kütləsinə malik olmuşdur.
Müəllifin yazdığı kitablar bunlardır:
“Müəllimul-ətgal-fi-təriqe-təlimi ətfal”
“Bəsaül nas-fi-məmləkətül Qafqaz”
“Tarixi-ədəbiyyati-türk”
“Tərbiətül-ətfal”
“Dilguşə”
Şeyxülislam Axund Əhməd Hüseynzadə 1887-ci ildə Tiflisdə vəfat etmişdir.
Mənbə: Adam.az
Azerislam.com
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz