Seher-seher oruc tutduqda seher-seher gecikdikde yemek yememek orucu pozurmu qabaqcadan…
Sual: Salam seher-seher oruc tutduqda seher-seher gecikdikde yemek yememek orucu pozurmu qabaqcadan tesekkurumu bildirirem sag olun.
Cavab:
Və aleykumus-sələm. Səhər yeməyini yemək şərt deyildir. Ona görə səhər yemək yeməmək orucu pozmur. Ümumiyyətlə oruc vaxtı səhər yeyilən yeməyə “Səhur” deyilir. Səhur etmək müstəhəbdir və oruc onsuz da səhih sayılır. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Dan yeri ağarana yaxın səhur edin! Həqiqətən, səhurda bərəkət var.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Aişə və Ummu Sələmə (Allah onlardan razı olsun) rəvayət edirlər ki, “Peyğəmbər səllallahu aleyhi və səlləm dan yeri ağardıqdan sonra cənabət halında oyanar və sonra qüsl edib oruc tutardı.” (Bu hədisi də Buxari və Muslim rəvayət etmişdir.) Bu hədis onu göstərir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) səhur etməmiş orucuna davam edərdi. Allah bütün müsəlmanların oruclarını qəbul etsin! Amin!!!
324. eliyev ELMIR (XIZI RAYONU)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz