Sual-Cavab

Sədəqəni (fitrə-zəkatı yox) islam dinindən olmayan şəxslərə vermək olarmı?

Sual: Sizi və cümlə möminləri qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edirəm. Əvvəlki suallarımı ətraflı cavablandırdığınız üçün sizə öz təşəkkürümü bildirirəm. Sizə yenə bir neçə sualım var. 1. Sədəqəni (fitrə-zəkatı yox) islam dinindən olmayan şəxslərə vermək olarmı? Sədəqənin hər zaman eyni bir şəxsə verilməsi nə qədər düzgündür? 2. Sələmçiliyin haram olduğu bəllidir. İndi isə bir məsələni aydınlaşdırmağınızı xahiş edirəm. Bu, qiymətli kağızlarla olan əməliyyatlardır. Məsələn, hər hansı

Cavab:

Və aleykumus-sələm.

Allah sizdən razı olsun. Biz də sizi qarşıdan gələn Ramazan bayramı münasibəti ilə əvvəlcədən təbrik edirik.

1. Sədəqəni qeyri müsəlmana vermək olar. (Zəkat və Fitrə zəkatını isə qeyri müsəlmanlara vermək olmaz) Həmçinin bu sədəqəni hər dəfə eyni bir şəxsə də verə bilərsiniz.

2. Əgər həmin şirkət haram işlə məçğul olursa (Məsələn: Şərab zavodu, donuzçuluq ferması, qonuz kolbasası istehsal etmək, sələm vermək və s.) onda sizə həmin şirkətin səhmdarı olmaq haramdır və oradan gələn pul da haramdır. Əks halda isə bu halaldır.

3. Əgər sizin bu səhmləri alıb saxlamağınız onların qiymətlərinin artmasına başlıca səbəb olursa onda bu haramdır. Əks halda isə bu caizdir.

4. Bu sualın cavabı da 3-cü sualın cavabı ilə tamamilə eynidir.

5. Bu barədə fiqh kitablarını oxumağınızı məsləhət görürük.

Allah sizdən də razı olsun.

438. abdulrahman (baki)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz