Əqidə

″salam, ey dostlarim!″

Uca Allah sözlərinə belə davam edər: ″Xoş gəldiniz, ey qullarım, ziyarətçilərim, yaratdıqlarımın ən xeyirliləri, Mənə verdikləri zözü yerinə yetirənlər, öyüdlərimə əməl edənlər, Məni görmədikləri halda haqqımı qoruyanlar, hər hallarında Mənə qarşı ürpərti içində olanlar! Vücudlarınızda sizlərdən razı olmamın əlaməti olaraq zəhmət və məşəqqət izlərini gördüm. Zamanınızda hökm edənlərin sizə qarşı etdiklərini müşahidə etdim. İnsanların əzab və cəfası sizə Mənim haqqımı yerinə yetirməyə mane olmadı. İstəyin, Məndən nə istəyirsiniz!″
O anda onları bir görə bilsən…
Bu sözləri birbaşa tək sevgililəri olan Allahdan eşidirlər. Onlara dünyada ikən verdikləri sözü yerinə yetirdiklərini, Onun haqqını qoruduqlarını və davamlı olaraq Ondan qorxduqlarını xatırladır. Onlar da Rəbblərinin rizası üçün etdikləri yaxşılıqların boşa getmədiyini, qorxularının mükafatlandırıldığını və salamlarla qarşılandıqlarını eşidərkən sevincdən sanki uçacaq kimi olarlar. Elə dünyada da yalnız bu arzu və istəklə Ona qulluq etmişdilər. Ona itaətdə qüsur etmədikləri və Ondan qorxmaqdan bir an belə olsun vaz keçmədikləri üçün sevinc içindədirlər. Könüllərini dolduran bir sevinclə, əzəmət və cəlalına and içərək Onun haqqını layiqincə yerinə yetirə bilmədiklərini bəyan edərlər. Bununla Allaha təzim və nemətlərinin çoxluğunu ifadə etmək istəyərlər. Çünki Allah onları Cənnətiylə mükafatlandırmışdır. Eyni zamanda, Özünün ziyarəti, yaxınlığı və kəlamlarını dinləməklə şərəfləndirmişdir.

Azerislam.com

Oxşar məqalələr

Əqidə

Nurlu dəstə

Düşün bir kərə! Cənnətə girdiyinə artıq əminsən. Cənnətin qapısının sənin və səninlə bərabər digər Allah dostları üçün açıldığını bilirsən. Ətrafının…

2 dəq. oxunuş 8 204
Əqidə

Ömər ibnu'l xəttab dönəmi: fəthlər

İsami fəthlər Hz. Əbu Bəkir vəfat etdiyi zaman İslam orduları iki cəbhədə cihad edirdilər: bu cəbhələrdən biri İran, digəri də Bizans cəbhəsi idi. Fə…

11 dəq. oxunuş 2 159
Əqidə

Ölümsüzlük yurduna ilk addım

Artıq bu, əzab və ölümdən qurtulduğuna əmin olaraq ölümsüzlük torpağına atdığın ilk addımdır. Sən müşk torpağın üzərində və zəfəran bağçası içərisind…

2 dəq. oxunuş

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz