Sahar orucu acmamaq olar?
Sual: sahar orucu acmamaq olar.
Cavab:
Oruc vaxtı səhər yeyilən yeməyə “Səhur” deyilir. Səhur etmək müstəhəbdir və oruc onsuz da səhih sayılır. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Dan yeri ağarana yaxın səhur edin! Həqiqətən, səhurda bərəkət var.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Aişə və Ummu Sələmə (Allah onlardan razı olsun) rəvayət edirlər ki, “Peyğəmbər səllallahu aleyhi və səlləm dan yeri ağardıqdan sonra cənabət halında oyanar və sonra qüsl edib oruc tutardı.” (Bu hədisi də Buxari və Muslim rəvayət etmişdir.) Bu hədis onu göstərir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) səhur etməmiş orucuna davam edərdi.
170. Alhumra (Baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz