Sual-Cavab

Ramazan ayinda sidq urekle gunahlarimin bagishlanacagina inanib oruc tuturam.Menim bu…

Sual: Salam Aleykum!Ramazan ayinda sidq urekle gunahlarimin bagishlanacagina inanib oruc tuturam.Menim bu arzum yerine yetecekmi?Men esla shekk getirmirem.Estagfirullah!Sadece bu barede edebiyyat meslehet bilmeyinizi xahish edirem.Vessalam!

Cavab:

Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Kim Ramazan ayını imanla və bunun savabını Allahdan umaraq tutarsa onun keçmiş günahları bağışlanar.” Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) bu barədə ümumi demişdir. Yəni bu hədisdə “kim” sözünü ifadə etmişdir. Ona görə biz də onun sünnəsinə tabe olaraq ümumi deyə bilərik ki, kim belə edərsə keçmiş günahları bağışlanar. Lakin biz, “Allah sənin və ya mənim günahlarımı bağışladı” - deyə bilmərik. Çünki bunu uca Allahdan başqa heç kəs deyə bilməz. Əgər biz bunu desək bununla özümüzü təmizə çıxarmış olarıq. Unutmayaq ki uca Allah belə buyurur: “Göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. O, pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla mükafatlandıracaqdır! (O yaxşılıq edənlər ki) kiçik günahlar (xətalar) istisna olmaqla, böyük günahlardan və rəzil işlərdən (zinadan) çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır. Sizi torpaqdan yaradan da, siz analarınızın bətnlərində rüşeym halında olanda da sizi ən gözəl tanıyan Odur. Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!” (ən-Nəcm surəsi 31, 32-ci ayələr).

110. Polad S. (Xacmaz)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz