Sual-Cavab

Quslu nece almaq olar?

Sual: QUSLU NECE ALMAQ OLAR

Cavab:

Əs-sələmu aleykum.

Qüsl etməyın qaydası

Allah dərgahında qəbul olunan qüsl iki növdür:

1. Vacib qüsl. Yəni, niyyət edib bədənin hər yerinə su çatdırmaqla onu tərtibsiz (ardıcıllıq olmadan) yumaq. Bununla da bəndə boynunda olan vacibi ödəmiş hesab olunur.

2. Kamil qüsl. Yəni, niyyət etdikdən sonra [bismilləh] deyib əlləri yumaq. Sonra cinsiyyət üzvünü yumaq. Sonra dəstəmaz almaq. Sonra üç dəfə başa su töküb əl ilə onu saçların dibinə çatdırmaq. Sonra bədənin qalan yerini üç dəfə yumaq. Sonra isə ayaqları yumaq (Yəni, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) etdiyi kimi qüsl etmək).

Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) cənabət qüslü etdikdə əllərini yudu. Sonra sağ əli ilə sol əlinin üzərinə su töküb övrət yerini yudu. Sonra dəstəmaz aldı. Sonra üç dəfə başına su töküb əlləri ilə onu saçlarının dibinə çatdırdı. Sonra bədəninin qalan yerini yudu. Sonra isə ayaqlarını yudu.” (Bu hədisi Muslim rəvayət etmişdir).

Bədən üzvlərindən biri tənziflə sarınmış və ya gips qoyulmuş şəxs dəstamaz almaq və qüsl etmək istədikdə sağlam üzvləri yumalı, sarınmış xəstə üzvün üstünə isə məsh çəkməlidir. Əgər məsh etmək yaraya ziyan edərsə bu vaxt təyəmmüm etmək lazımdır.

616. SHEFAYET CEFEROVA (SUMQAYIT)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz