Qurandaki beqere suresinin 1 ayesini mumkinse izah edin.Elif lam mim-i?
Sual: Qurandaki beqere suresinin 1 ayesini mumkinse izah edin.Elif lam mim-i
Cavab:
Əs-sələmu aleykum.
Uca Allah əl-Bəqərə surəsinin 1-ci ayəsində belə buyurur: “Əlif, Lam, Mim.” Bunların hər biri ərəb əlifbasının bir hərifidir. Bu sözün mənası heç kəsə məlum deyildir. Çünki, nə uca Allah nə də Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) bu sözlərin mənasını bizə açıqlamamışdır. Odur ki, biz də bu barədə susmalıyıq. Ağlımıza gələn fərziyələri söyləməməliyik. Əgər lazım gəlsə idi bunların mənasını Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) açıqlayardı. Lakin, bu kimi sözlərin hikməti vardır və onu Allahdan başqa heç kəs bilmir.
362. inci (baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz