Sual-Cavab

Qeza nedir. egerbir namaz qilan bir sexsin qolu sinib- sa hemin sexs ne etmelidir?

Sual: qeza nedir. egerbir namaz qilan bir sexsin qolu sinib- sa hemin sexs ne etmelidir.

Cavab:

Əs-sələmu aleykum.

Qəza namazı dedikdə vaxtı qurtardıqdan sonra qılınan namazlar nəzərdə tutulur. Bu namazlar öz-özlüyündə iki qismə bölünür:

1. Üzrlü səbəbə görə buraxılan namazlar; (Məsələn: Unutmaq, bilmədən yatıb qalmaq, döyüş zamanı və s.) Bu zaman üzr aradan qalxan kimi dərhal həmin namazı qılmaq lazımdır. İmam Əli (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) Xəndək döyüşü günü əsr namazını gün batdıqdan sonra qıldı” (Bu hədisi Buxari, Əbu Davud, Nəsai və başqaları rəvayət etmişlər).

2. Üzrsüz səbəbə görə buraxılan namazlar; Bu zaman həmin şəxs bu əməlinə görə Allaha tövbə etməli və həmin namazın qəzasını dərhal qılmalıdır. Çünki, uca Allah namazlarında səhlənkar olanları Cəhənnəmlə hədələmişdir. Uca Allah buyurur: “Vay halına o namaz qılanların ki; Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); Onlar (namazlarında) riyakarlıq edər”. (əl-Məun surəsi 4, 5, 6-cı ayələr).

Qəza namazı eyni ilə həmin namaz kimi qılınır.

Qulu sınan şəxs dəstəmaz alarkən sınıq qolunun üzərinə məsh edir. Namazı isə bacardığı şəkildə qılır.

659. Samir (bakı)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz