Qardashlar xahish edirem 7 en boyuk gunahi sirasi ile yazasiniz?
Sual: Essalamaleykum!!! Qardashlar xahish edirem 7 en boyuk gunahi sirasi ile yazasiniz. ALLAH razi olsun!!! ALLAH butun muselmanlan qardash ve bacilarimizin gunahlarini bagishlasin!!! AMIN!!! Essalamaleykum ve Rahmetullahi ve Berakatuh!!!
Cavab:
Və aleykumus-sələm.
Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir: “(İnsanı) həlak edici yeddi ən böyük günahlardan çəkinin!” Səhabələr soruşdular: “Ey Allahın elçisi onlar hansılardır.” Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Allaha şərik qoşmaq, sehr, haqsız yerə Allahın (öldürməsini) haram buyurduğu şəxsi öldürmək, yetimin malını yemək, sələm (faiz) yemək, (döyüş vaxtı düşmənlə qarşılaşdıqda) döyüşdən qaçmaq və heç nədən xəbəri olayan namuslu mömin qadınlara (zina isnad edərək) böhtan atmaq.” (Bu hədisi Buxari, Muslim və başqaları rəvayət etmişdir).
Allah hamımızı bu günahlardan qorusun! Amin!!!
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
338. ilqar (safiyev)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz