Peyğəmbərlik çeşməsindən İncilər
Allahın elçisi [Ona Allahın xeyir-duası və salamı olsun!] deyib:
♦ İxtilafa düşməyin! Sizdən əvvəlkilər ixtilafa vardılar və məhv oldular.
♦ Məndən sonra, bir-birinin boynunu vuran kafirlər kimi olmayın!
♦ Müsəlman müsəlmanın qardaşıdır; onu köməksiz qoymamalı, təhqir də etməməlidir... Müsəlmana öz müsəlman qardaşını təhqir etmək şər olaraq kifayətdir.
♦ Bir-birinizə nifrət və zülm etməyin! Bir-birinizin qüsurunu ortaya çıxarmayın, paxıllığını da çəkməyin! Allahın, bir-birinə qardaş qullarından olun! Qardaşından üç gündən artıq ayrı qalmaq müsəlmana haramdır!
♦ Müsəlmanlar bərabərhüquqludurlar. Himayələri altna hamı can atar. Onlar digər insanların üzərində himayədar əl kimidirlər.
♦ Sizə əvvəlki millətlərin xəstəliyi sirayət etmişdir. Bu, paxıllıq və nifrətdir. Paxıllıq və nifrət isə qırxıcı alət kimidir: saçı deyil, dini qırxar.
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz