Əqidə

Peyğəmbərlərə müraciət

İnsanlar məşəqqət və zülmün artıq tablaşa bilmədikləri bir dərəcəyə gəldiyində Allah qatında dəyərli olan və onlara şəfaət edəcək insanlar axtarmağa başlayarlar. Artıq bu yaşadıqları əzabdan qurtarıb tezliklə Cənnətə və ya Cəhənnəmə getməklərini istəyərlər.

Əvvəlcə Adəm və Nuh, sonra İbrahim, İbrahimdən sonra isə Musa və İsa ilə görüşüb yardım istəyərlər. Bütün peyğəmbərlər belə deyərlər: “Rəbbimiz bu gün o qədər qəzəblənmişdir ki, nə bundan əvvəl belə qəzəblənmiş, nə də bundan sonra bu qədər qəzəblənəcək!”. Hamısı buna oxşar mənalarla Qüdrət və Cəlal sahibi Rəbblərinin qəzəbinin şiddətini ifadə edər və onlar da yalnız öz canlarının hayında olduqlarını belə dilə gətirərlər: “Nəfsi! Nəfsi! (öz canım, öz canım!)”. Ancaq öz canlarının dərdi ilə məşğuliyyət, öz dərdləri və qurtuluş qayğıları o qədər olar olar ki, şəfaət üçün Allahın hüzuruna getməyə etiraz edərlər.
Əziz və Cəlil olan Allah belə buyurur:
“O gün hər kəs öz canını qurtarmağa çalışacaq, hər kəsə etdiyi əməllərin əvəzi tam veriləcək və onlara zülm edilməyəcəkdir”. (Nəhl surəsi,111)

Məxluqat toplu şəklində hər biri canının hayına düşüb “Nəfsi, nəfsi!” deyə bağırarkən səslərini təsəvvür et! Yalnız “Nəfsi, nəfsi!” sözündən başqa bir şey eşidə bilməzsən. O gün nə qorxunc bir gündür! Sən də onlarla birlikdə sadəcə özünü düşündüyünü və Rəbbinin əzab və cəzasından qurtulmaq istədiyini hayqırarsan.

Allah qatındakı dəyərlərinə və yüksək məqamlarına baxmayaraq, Adəm Səfiyullah, İbrahim Xəlilullah, Musa Kəlimullah, İsa Ruhullah və Kəlimətullah Rəbbinin şiddətli qəzəbindən qorxaraq “Nəfsi, nəfsi!” deyə səsləndikləri bir günü nə zənn edərsən? O günkü qorxun, təlaşın, üzüntün və narahatlığınla özünü onlarla müqayisə edə bilərsənmi?

Azerislam.com

Oxşar məqalələr

Əqidə

Nurlu dəstə

Düşün bir kərə! Cənnətə girdiyinə artıq əminsən. Cənnətin qapısının sənin və səninlə bərabər digər Allah dostları üçün açıldığını bilirsən. Ətrafının…

2 dəq. oxunuş 8 203
Əqidə

Ömər ibnu'l xəttab dönəmi: fəthlər

İsami fəthlər Hz. Əbu Bəkir vəfat etdiyi zaman İslam orduları iki cəbhədə cihad edirdilər: bu cəbhələrdən biri İran, digəri də Bizans cəbhəsi idi. Fə…

11 dəq. oxunuş 2 158
Əqidə

Ölümsüzlük yurduna ilk addım

Artıq bu, əzab və ölümdən qurtulduğuna əmin olaraq ölümsüzlük torpağına atdığın ilk addımdır. Sən müşk torpağın üzərində və zəfəran bağçası içərisind…

2 dəq. oxunuş

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz