Övlad (ata-ananın) göz bəbəyidir
عن جبير بن نفير قال جلسنا إلى المقداد بن الأسود يوما فمر به رجل فقال طوبى لهاتين العينين اللتين رأتا رسول الله صلى الله عليه وسلم والله لوددنا أنا رأينا ما رأيت وشهدنا ما شهدت فاستغضب فجعلت أعجب ما قال إلا خيرا ثم أقبل عليه فقال ما يحمل الرجل على أن يتمنى محضرا غيبه الله عنه لا يدرى لو شهده كيف يكون فيه والله لقد حضر رسول الله صلى الله عليه وسلم أقوام كبهم الله على مناخرهم في جهنم لم يجيبوه ولم يصدقوه أولا تحمدون الله عز وجل إذ أخرجكم لا تعرفون إلا ربكم فتصدقون بما جاء به نبيكم صلى الله عليه وسلم قد كفيتم البلاء بغيركم والله لقد بعث النبي صلى الله عليه وسلم على أشد حال بعث عليها نبي قط في فترة وجاهلية ما يرون أن دينا أفضل من عبادة الأوثان فجاء بفرقان فرق به بين الحق والباطل وفرق به بين الوالد وولده حتى إن كان الرجل ليرى والده أو ولده أو أخاه كافرا وقد فتح الله قفل قلبه بالإيمان ويعلم أنه إن هلك دخل النار فلا تقر عينه وهو يعلم أن حبيبه في النار وأنها للتى قال الله عز وجل والذين يقولون ربنا هب لنا من أزواجنا وذرياتنا قرة أعين"
87. Cubeyr ibn Nufeyr rəvayət edir ki, bir gün biz Miqdad ibnul Əsvədin yanında oturmuşduq. Bu vaxt bir kişi onun yanına gəlib dedi: “Allahın elçisini (s.a.s) görmüş bu iki gözün xoş halına! Allaha and olsun ki, biz də sən görəni görmək, şahid olduğuna şahid olmaq istərdik”. O (bu sözlərlə) Miqdadı (r.a) qəzəbləndirdi. Mən təəccübləndim. Axı o kişi xeyirdən başqa bir söz söyləmədi! Miqdad (r.a) ona üz tutub dedi: “Adamı Allahın göstərmədiyini görmək arzusunda olmağa vadar edən nədir? Axı o heç bilmir ki, onu görsəydi münasibəti ona qarşı necə olardı? Allaha and olsun ki, bir çoxları Allahın elçisini (s.a.s) görmüş, amma Allah onları üzləri üstə sürükləyib Cəhənnəmə atacaqdır. Onlar nə Peyğəmbərin (s.a.s) dəvətini qəbul etmiş, nə də onun gətirdiyini təsdiqləmişlər. Məgər siz şükür etmirsinizmi ki, qüdrətli və əzəmətli Allah sizi yalnız Rəbbinizi tanıyan və Peyğəmbərinizin (s.a.s) gətirdiyini təsdiqləyən bir ümmət etdi. Yetər ki, bəla sizdən qeyrilərinə gəldi. Allaha and olsun! Peyğəmbər (s.a.s) heç bir peyğəmbərin göndərilmədiyi elə bir cahiliyyət dövründə göndərilmişdir ki, həmin vaxt bütlərə ibadət etməyi dindən üstün tuturdular. O zaman o, haqqı batildən ayırd edən Furqanı (Qur'anı) gətirdi. Onun sayəsində valideyni övladdan ayırdı. Hətta valideynini, övladını və qardaşını kafir sayan da var idi. Allah o kimsənin qəlbindəki qıfılı imanla açdı. O başa düşdü ki, belə halda həlak olsa Cəhənnəm oduna girəcəkdir. Odur ki, o, sevdiyi kimsənin Oda düşəcəyini bilə-bilə sevinə bilməzdi. Bu isə qüdrətli və əzəmətli Allahın dediyi kimsələrdir:
“Onlar deyirlər: "Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə örnək et!” (Əl-Furqan 74)
[ Səhihdir ]
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz