Sual-Cavab

Onda bele cixir ki,bizim yasadigimiz bu dunyada ruh yoxdur,yoxsa...?

Sual: Bildiyime gore insan olenden sonra ruh bedenden cixib *qebr evi*ne gedir ve cezasini alan orada muveqqeti de olsa oz cezasini cekir. Onda bele cixir ki,bizim yasadigimiz bu dunyada ruh yoxdur,yoxsa...? salamualeykum.

Cavab:

Və aleykumus-sələm və rahmətullahi və bərakətuhu. Biz ruh barəsində yalnız uca Allahın və Peyğəmbərimizin dedilərini deyə bilərik. Hədislərdə qeyd olunur ki, kafir insanın həm ruhu, həm də bədəni qəbr həyatında əzab çəkir. Möminin ruhu və bədəni isə qəbr həyatında nemət içində olur. Lakin bunların keyfiyyəti bizə məlum deyildir. Şəhidlərin ruhunu isə yaşıl quşların içində Cənnətdə dolaşırlar ...

Ruhlar barəsində bizə başqa bir şey məlum olmadığı üçün bu barədə elmsiz olaraq bəzi fərziyyələr söyləmək düzgün deyildir.

Uca Allah buyurur: “(Ya Rəsulum!) Səndən ruh haqqında soruşarlar. De: "Ruh Rəbbimin əmrindədir. (Allahın əmri ilə yaradılmışdır). Sizə (bu barədə) yalnız cüzi (az) bir bilik verilmişdir!” (əl-İsra surəsi 85-ci ayə).

Uca Allah bizi haqqı eşidib ona iman gətirənlərdən etsin! Amin!!!

306. SHIRIN (Sumqayit)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz