Ön söz yerinə
Ətraf kirliliyindən daha vahiməli olan
duyğu və düşüncə kirliliyi.
Ardı-arası kəsilməyən ürək işğalları.
Sevgi qətliamı.
Orqanlar arasında davam edən “daxili savaş.”
Fərdi sistemlər, bütxanaya dönən qəlblər,
baxan-kor gözlər, keyləşən şüurlar,
oğurlanan duyğular, vahiməli bir şəxsiyyət
zəifliyi olan natarazlıq...
İrfan, ehsan, təqva və bunların yaratdığı
daxili zənginlik, idrak, qaybiyyət və kamil şəxsiyyət.
Bütün bunlarmı?
Fikir verməyin. Bütün bunlar SİZİN probleminiz.
Həm də bu dünyada xilas olmağı gözləyən bir çox torpaqlar,
ölkələr, toplumlar və fərdlər var. ONLARI
xilas etməliyik. Baxın, filan yer də “işğal” edildi.
İndi ONLARI kim qurtaracaq?
Qərar sizin, amma, yaxşı olar ki, siz yenə də bu kitabı
oxumayın. Çünki bu kitab ONLARDAN
deyil SİZDƏN bəhs edir.
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz