Müxtəlif

Ölü qardaşınızın ətini yeməyin

Bir kimsənin arxasından onun xoşuna gəlməyən sözləri söyləmək qeybətdir. Xalq arasında dedi-qodu, qeybət ilə eyni mənada istifadə olunur.

Bir insanın bədəni, nəsəbi, əxlaqı, işi, dünyası, geyimi, evi, maşını dedi-qodu mövzusu olar bilər. Gözünün çəpliyi, saçların dazlığı, uzun və ya qısa boyluluq, qara və ya sarı rəngdə olması, bunları ələ salmaq məqsədi ilə danışmaq insanın qəlbini qırar.

Quran və Sünnədə qeybət yasaqlanmışdır. Bir qisminiz digərlərinin qeybətini etməsin.

Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir. (əl-Hucurat 49/12)

Başqalarına müsəlman qardaşının ayıblarını danışmaq, onun xoşuna gəlməyən şeyləri söyləmək qeybət olduğu kimi, qaşla-gözlə işarə etmək, yazı ilə söz söyləmək də qeybət qismindən sayılır. Məsələn əl işarəsi ilə birinin uzun və ya qısa boylu olduğunu işarə etməyi buna misal göstərmək olar. Qeybəti təsdiq etmək də qeybət sayılır. Qeybət edilən yerdə susub-danışmayan kimsə qeybətə ortaq olmuş olur. Dili ilə qeybətçiyə qarşı çıxa bilməyən şəxs, qəlbi ilə inkar etməsi lazımdır. (İmam Qazzali, Zübdətül-İhya)

Kim bu dünyada qardaşının eyiblərini söyləməsə, Qiyamət günündə də Allah da onun qüsurlarını örtər. (İbn Əbi Dünya)
Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin. (əl-Hucurat 10)

Qeybətin səbəbləri:
İntiqam duyğusu, Özünü göstərmə, Başqalarını kiçiltmə, özünü böyütmə, qısqanclıq, xoş vaxt keçirmək xatirinə başqalarının eyiblərini ortaya qoymaq, kimi isə alçaltmaq üçün lağ etmə. (Qazzali İhyau Ulumiddin, Tər. Əli Arslan)
Qeybətdən qorunmaq üçün insanın ilk öncə öz qüsurları ilə məşğul olması lazımdır.

Aşağıdakı hallarda qeybət caizdir:

1.Haqqsızlıq qarşısında: Haqq sahibinin söz haqqı vardır
2.Fətva istəmədə: Ütbə qızı Hind, Peyğəmbər (s.a.s) yanına gələrək yoldaşı Əbu Sufyanı paxıllığına görə, ona az pul ayırması ilə əlaqədar, ərinin malından xəbəri olmadan alıb-almayacağını soruşmuşdu. Allah rəsulu da Sənə və uşaqlarına yetəcək miqdarda onun malından götür buyurdu.
3.Bir kimsəni pis əməldən çəkindirmək.
4.İnsanı məşhur olan ləqəbi ilə çağırmaq

Qeybətçinin günahdan xilas olması üçün peşmanlıq hissi keçirməsi, tövbə etməsi, qeybətini etdiyi kimsə ilə halallaşması lazımdır.
Allah bizi qeybət etməkdən qorusun.

Oxşar məqalələr

Müxtəlif

Dilinizi günahlardan qoruyun

Həqiqətən bu dil Allahın bizə verdiyi böyük nemətdir. İnsan onun vasitəsi ilə nəfsindəkini zahirə çıxarır. Allah-Təala buyurur: "Məgər biz ona iki gö…

4 dəq. oxunuş 3 506
Müxtəlif

Gecikmiş etiraflar

Rəhmli və mərhəmətli Allahın adı ilə! Allaha həmd və səna, seçilmiş Peyğəmbərə, ailəsinə, mömin və şərəfli əshabələrinə salavat və salam olsun! (Ona …

14 dəq. oxunuş 48
Müxtəlif

Mən və mən

Yazmaq üçün birinci ad seçmək lazımdır. Çünki ad mahiyyətdir. Mahiyyət isə ən vacib olanlardandır. Yazarkən adını nə qoyacağımı ÇOX fikirləşdim... bə…

4 dəq. oxunuş 2 975

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz