O, ÖHDƏSİNDƏ OLANLARIN ÜZƏRİNDƏ MƏSULİYYƏT DAŞIYIR (Müsəlmanın şəxsiyyəti silsiləsindən)
Bismilləhir-Rəhmanir-Rəhim
Müsəlmanın ailə üzvlərindən hər hansı biri Allahu Təalanın və Onun Rəsulunun (s.a.s) əmrlərinə tabe olmaqdan yayınarsa, bunun məsuliyyətini ailə başçısı daşıyacaqdır. Peyğəmbərimiz (s.a.s) belə deyib: "Hər biriniz himayəçisiniz və hər biriniz öz himayəsində olanların məsuliyyətini daşıyır…" (Əl-Buxari və Muslim)
Bu elə bir məsuliyyətdir ki, ailə üzvlərindən hər hansı biri əmrlərə tabeçilikdən yayınarsa və ya etiraz edərsə, bu hal həqiqi müsəlmanı incidər və ağrıdar. Bu elə bir dözülməz ağrıdır ki, o, buna gətirib çıxaran səbəbləri aradan qaldırmağa tələsir. O kəski bu məsuliyyətə göz yumaraq susarsa, bu onun zəif imanının və cürətsizliyinin göstəricisidir.
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz