Sual-Cavab

Niye gore sheherimizde bezi " momin" bacilarimiza salam verdikde cavab almirlar?

Sual: niye gore sheherimizde bezi " momin" bacilarimiza salam verdikde cavab almirlar. axi salam vermek ferz, cavabini vermek ise vacib buyurulmushdur!

Cavab:

Əs-sələmu aleykum.

Salam vermək müstəhəb, cavabını almaq isə vacibdir. Odur ki, salama cavab verməyən şəxslər (o cümlədən də sizin qeyd etdiyinizə görə bəzi bacılar) salamı eşidib cavab vermirlərsə xəta etmiş olurlar, və Allahın əmrini yerinə yetirmiş olmurlar. Uca Allah buyurur: “Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır.” (ən-Nisa surəsi 86-cı ayə).

Əgər salama cavab verməyən şəxslər eşitmədiklərinə görə cavab vermirlərsə onda bu günah deyildir. Çünki onlar salamı eşitməmişlər. Bəlkə də həmin şəxslər salama cavab verməyin vacibliyini bilmirlər. Odur ki, həmin şəxslərin salama cavab verməmələrinin müxtəlif səbəbləri ola bilər.

622. babayev ceyhun (sumqayit)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz