Sual-Cavab

Musiqiye qulaq asmagin haram oldugunu esitmisem ,bilmek isterdim quranda bu haqda bir aye…

Sual: salam! size bir sualla muraciet etmek isterdim. Musiqiye qulaq asmagin haram oldugunu esitmisem ,bilmek isterdim quranda bu haqda bir aye varmi? Onceden tesekkurler!!!

Cavab:

Və aleykumus-sələm.

Bəli, Qurani Kərimdə bu barədə ayələr mövcuddur. Uca Allah əl-İsra surəsinin 64-cü ayəsində şeytana belə deyir: “Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat...”

Həmçinin musiqi barəsində uca Allah başqa bir ayədə belə buyurur: “İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (xalqı) Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.” (Loğman surəsi 6-cı ayə).

Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan İbn Məsud (Allah ondan razı olsun) bu ayələri təfsir etdikdə Allaha təkidlə and içərək belə demişdir: “Allaha and olsun ki uca Allah bu ayələrdə (şeytanın səsi və mənasız sözlər dedikdə) musiqini qəsd edir.”

745. pervane (baki)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz