Hədis elmi

Müsəlman öz qardaşının aynasıdır


عن أبى هريرة قال المؤمن مرآة أخيه إذا رأى فيها عيبا أصلحه

Əbu Hureyra (r.a) demişdir: “Mömin öz qardaşının aynasıdır. Onda eyib gördüyü zaman onu düzəldər”.
[ İsnadı həsəndir ]


عن أبى هريرة عن النبي صلى الله عليه وسلم قال المؤمن مرآة أخيه والمؤمن أخو المؤمن يكف عليه ضيعته ويحوطه من ورائه

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) demişdir: “Mömin öz qardaşının aynasıdır. Mömin möminin qardaşıdır. Onu azmağa (həlak olmağa) qoymaz və onu arxasından əhatə edib qoruyar”.
[ Həsəndir ]

عن المستورد عن النبي صلى الله عليه وسلم قال من أكل بمسلم أكلة فان الله يطعمه مثلها من جهنم ومن كسى برجل مسلم فان الله عز وجل يكسوه من جهنم ومن قام برجل مسلم مقام رياء وسمعة فإن الله يقوم به مقام رياء وسمعة يوم القيامة

əl-Müstəvrid rəvayət edir ki, Peyğəmbər (s.a.s) demişdir: “Kim müsəlmanın sayəsində (onun düşməninə yaltaqlıq edib) bir qab yemək yesə, Allah ona Cəhənnəmdə onun bənzərini yedirdər. Kim müsəlmanın sayəsində (onun düşməninə yaltaqlıq edib) bir libas əldə edib geysə, Allah ona Cəhənnəm odundan (paltar) geyindirər. Hər kəs bir kimsənin sayəsində (onun düşməninə yaltaqlıq edib) özünü başqasına göstərməyə və şan-şöhrət qazanmağa can atsa, Allah onu Qiyamət günü (istədiyi) riya və şan-şöhrətə çatdırar”.
[ Səhihdir ]

Oxşar məqalələr

Hədis elmi

Qohumluq əlaqələrını möhkəmləndırməyın fəzılətı

عن أبى هريرة قال اتى رجل النبي صلى الله عليه وسلم فقال يا رسول الله ان لي قرابة أصلهم ويقطعون وأحسن إليهم ويسيئون إلى ويجهلون على وأحلم عنهم قال لئن …

2 dəq. oxunuş 3 853
Hədis elmi

Mömin tənə vuran deyil

عن سالم بن عبد الله قال ما سمعت عبد الله لاعنا أحدا قط ليس إنسانا وكان سالم يقول قال عبد الله بن عمر قال رسول الله صلى الله عليه وسلم لا ينبغي للمؤمن…

3 dəq. oxunuş 4 086

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz