Məşvərət etmək
عن عمرو بن دينار قال قرأ بن عباس وشاورهم في بعض الأمر
Amr ibn Dinar deyir ki, İbn Abbas (r.a) ayəni belə oxudu:
“Bəzi işlərdə onlarla məsləhətləş”. (Ali-İmran, 159.)
[ İsnadı səhihdir ]
عن الحسن قال والله ما استشار قوم قط إلا هدوا لأفضل ما بحضرتهم ثم تلى وأمرهم شورى بينهم
Həsən dedi: “Allaha and olsun ki, məsləhətləşən elə bir camaat yoxdur ki, olduqları haldan daha yaxşısına yönəlmiş olmasınlar”. Sonra o, bu ayəni oxudu:
“İşlərini öz aralarında məsləhətlə görərlər”.( əş-Şura, 38.)
[İsnadı səhihdir ]
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz