Sual-Cavab

Menim Orucum bu halda pozularmi?

Sual: Men seher sahurdan sonra yatdim. Qalxib ishe getdikde gordum ki, quslum pozulmushdur. qusl almaga vaxt olmadigindan ishe getdim. Saat 14:46 olmasina baxmayaraq men qusl almamisham. Menim Orucum bu halda pozularmi? Nezerinize catdirim ki, men hele namaz qilmiram.. Xahish edirem bu suala cavab veresiniz.

Cavab:

Əs-sələmu aleykum.

Bu halda sizin orucunuz pozulmur. Lakin siz imkan tapan kimi dərhal qüsul etməlisiniz.

Həmçinin sizə tezliklə namaza başlamağınızı da nəsihət edirik. Çünki uca Allah namaz qılmağı bütün insanlara vacib buyurmuşdur. Bu barədə uca Allah buyurur: “Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək - ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!” (əl-Bəyyinə surəsi 5-ci ayə).

Başqa ayədə də belə buyurur: “Çünki namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir.” (ən-Nisa surəsi 103-cü ayə).

Həmçinin namaz İslam dininin beş əsasından ikincisidir. İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “İslam beş əsas üzərində bina edilmişdir: Allahdan başqa ilahinin olmaması və Muhəmmədin Onun elçisi olmasına şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).

Bu dəlillər onu göstərir ki, namaz özünü müsəlman sayan hər bir kəsə vacibdir.

383. TARLAN MUSAYEV (BAKI)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz