Sual-Cavab

Menim bir sualim var siza.Men dostlarimla neca gundu bir mesele hagginda…

Sual: SAlam aleykum.Menim bir sualim var siza.Men dostlarimla neca gundu bir mesele hagginda sporlashirig.demlai burda coxlu kilseler var,bir balaca sheherde meselen,7000 admlig sheherde 30 kilse var.Mesele indi ne yerdadir,Onlar kilseye girib edirler,amma men eshitmishem ki,kilseye girmek gunahdir,yada ki,nese bela bir shey.Mumkundurse,mene etrafli onu basha salardiniz,ki men dostalrima basha sala bilim.Cox sag olun

Cavab:

Və aleykumus-sələm.

Əgər həmin yer hal-hazırda kilsə kimi fəaliyyət göstərirsə, onda orada namaz qılmaq olmaz, hətta orada bəzi müsəlmanlar namaz qılsalar da belə.

Uca Allah buyurur: “(Quba məscidinə və müsəlmanlara) zərər vurmar, küfr etmək, möminlər arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən (gəlib onlara rəhbərlik edəcəyi təqdirdə) göz-qulaq olmaq üçün məscid düzəldən və: "Biz (bununla) yaxşılıqdan başqa bir şey istəmədik",- deyə and içənlərin (münafiqlərin) , həqiqətən, yalançı olmaları barədə Allah Özü şahidlik edəcəkdir! (Ya Rəsulum!) Orada heç vaxt namaz qılma. İlk gündən binası təqva (Allahdan qorxub pis əməllərdən çəkinmək) üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları (özlərini cismən təmizləyənləri, mənəvi qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları) sevər!” Öncə bu ayəni izah edək:

Başda Əbu Amir olmaqla bir qrup münafiqlər müsəlmanlara zərər vurmaq, küfr etmək və möminlər arasına təfriqə (parçalanma) salmaq məqsədilə Mədinədə Quba məscidinə yaxın bir yerdə məscid tikirlər. Onlar məscidi tikdikdən sonra Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanına gəldilər və ondan xahiş etdilər ki, gəlib orada bir dəfə namaz qılsın.

Həmçinin Peyğəmbərə (səllallahu aleyhi və səlləm) dedilər ki, onlar bu məscidi yalnız zəiflər və xəstələr üçün tikiblər. Peyğəmbər (səllallahu aleyhi və səlləm) Tabuk döyüşü üçün səfərə hazırlaşdığından onlara söz verdi ki, döyüşdən qayıtdıqdan sonra (inşəAllah) gəlib orada namaz qılacaq. Peyğəmbər (səllallahu aleyhi və səlləm) döyüşdən qayıdarkən Mədinəyə bir gün qalmış uca Allah ona yuxarıda qeyd etdiyimiz ayələri nazil edərək münafiqlərin məqsədlərini ona bəyan etdi və orada namaz qılmağı ona qadağan etdi.

Peyğəmbər (səllallahu aleyhi və səlləm) bir qrup adam göndərdi ki, o Mədinəyə çatana qədər gedib həmin məscidi uçurtsunlar. Onlar da Peyğəmbərin (səllallahu aleyhi və səlləm) əmrini yerinə yetirdilər.

Bütün bunlar onu göstərir ki, həmin məscid Allaha ibadət etmək üçün deyil, əksinə, müsəlmanları parçalamaq, onlar arasına nifaq salmaq, orada küfr və şirk etmək və bu kimi Allaha asi olan əməllər üçün tikilmişdir.

Odur ki, əgər hər hansı bir məscid Allaha ibadət etmək üçün deyil, əksinə, müsəlmanları parçalamaq, onlar arasına nifaq salmaq, orada küfr və şirk etmək və bu kimi Allaha asi olan əməllər üçün tikilibsə onda həmin bu məscidlə o zaman münafiqlərin tikdikləri məscid arasında heç bir fərq yoxdur və burada namaz qılmaq olmaz. Əgər uca Allah Peyğəmbərə bu cür məscidə getməyi qadağan edirsə, onda kilsələrə getmək bundan da pisdir.

Əgər bütün bunları məscidlərə şamil etmək olursa, onda kilsələrin halı da o zaman tikilən həmin məscidin halına bənzəyir. Ona görə də demək olar ki, kilsələr Allaha ibadət üçün deyil, əksinə olaraq Allaha şərik qoşmaq üçün tikilmişdir. Çünki, kilsədə İsa peyğəmbəri Allaha şərik qoşurlar və ən böyük günahlar edirlər. Onlar Allah barəsində “Allah üçdür” deyirlər. Bu da Allha şərik qoşmaq deməkdir. Uca Allah bunu qadağan edərək Qurani Kərimdə belə buyurur: “Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın peyğəmbəri, (Cəbrail vasitəsilə) Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur. Allaha və peyğəmbərlərinə iman gətirin. (Allah barəsində) "üçdür" deməyin. (Belə sözlərə) son qoyun ki, (bu) sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah tək bir tanrıdır. Övladı olmaqdan (bu bəşəri xüsusiyyətdən) kənardır. Göylərdə və yerdə nə varsa, (hamısı) Onundur. Allahın (sizə) vəkil olması bəs edər!” (ən-Nisa surəsi 171-ci ayə).

Başqa bir ayədə də uca Allah onların (Allah barəsində dedikləri sözlərinə görə) kafir olduqlarını bəyan edərək belə demişdir: “Şübhəsiz ki: "Allah Məryəm oğlu Məsihdir!" - deyənlər kafir oldular. Halbuki Məsih (İsa) belə demişdi: "Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!" Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur! Allah üçün (üç ilahinin) "üçüncüsüdür!" - deyənlər, əlbəttə, kafir olmuşlar. Halbuki bir olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir (toxunacaqdır). (əl-Maidə surəsi 72-ci və 73-cü ayələr).

Həmçinin Nəsranilər (xristianlar) insanların günahlarını bağışlamalarını iddia edirlər. Bu isə küfrdür. Çünki, günahları Allahdan başqa heç kəs bağışlamır. Günahları bağışlayan yalnız Allahdır. Uca Allah Qurani Kərimdə belə buyurur: “... Axı günahları Allahdan başqa kim bağışlaya bilər?...” (Ali İmran surəsi 135-ci ayə).

Nəsranilər (xristianlar) barəsində qeyd etdiyimiz bu üç ayə onu göstərir ki, onlar kilsədə Allaha şərik qoşurlar və ağıllarına gələn hərəkətlər edirlər. Bizə də məlumdur ki, Allah Ona şərik qoşanları əsla bağışlamayacaq və onların əbədi olaraq Cəhənnəmə atacaqdır. Uca Allah buyurur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur.” (ən-Nisa surəsi 48-ci ayə).

Odur ki, kim kilsəyə gedərsə özlərini xristianlara bənzətmiş olur və xristianların etdikləri bu əməllərdə onlarla şərik olurlar. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Kim özünü bir qövmə (millətə) oxşadarsa o da onlardan sayılar.” Ona görə də xristianları hansı aqibət gözləyirsə həmin şəxsləri də o aqibət gözləyir. Odur ki, kilsələrə getmək qadağandır.

Bizə etimad edib sual verdiyiniz üçün sizə dərin minnətdarlığımızı bildiririk.

629. aliyev (baki)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz