Menim bir pishiyim var indi boyuyub stolun ustuna va ne var cixir onun ustune oralarda…
Sual: Salam aleykum.menim bir pishiyim var indi boyuyub stolun ustuna va ne var cixir onun ustune oralarda gashinir.oyretmek olmur.indi men neyleyim azdirmag olar ya yox?2.namaz gilan cavan oglanin evlenme imkani yoxdursa (eks munasibet barede)ne etmek olar meslehetiniz xahish edirem.3.Guranin namaz ucun diger surelerini hansi kitabdan,saytdan tapmag olar? Allah razi olsun salam aleykum ve rehmetullah
Cavab:
Və aleykumus-sələm.
1. Bəli, həmin pişiyi azıda bilərsiniz. Lakin gərək elə yerdə azdırasınız ki, orada yemək tapa bilsin və həmin yerdə itlər onu parçalamasın.
2. Subay olanlar şəhvətlərini boğa bilmirlərsə dərhal evlənməlidirlər. Əgər evlənməyə imkanları yoxdursa onda oruc tutsunlar. Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Ey cavanlar! Sizlərdən kimin evlənməyə gücü varsa evlənsin! Həqiqətən evlənmək gözü və övrət yerini (zinadan) qoruyur. Kim də evlənməyi bacarmırsa qoy oruc tutsun! Çünki oruc onun üçün qoruyucudur.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Bu hədisdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) evlənə bilməyənlərə oruc tutmalarını nəsihət etmişdir. Çünki, insan oruc vasitəsi ilə haram şeylərdən, o cümlədən də zinadan və onanizmdən uzaq olur.
3. Bu cür kitabları “Muslim shop” dükanından əldə edə bilərsiniz. Bu dükan bir çox yerlərdə fəaliyyət göstərir. Nərimanov rayonunda “Cümə” məscidinin həyətində, beş mərtəbələr tərəfdə (Xarici İşlər Nazirliyi ilə üzbəüz) və s.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
589. huseynli vusala (baki)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz