Sual-Cavab

Men sizden soru6mag isteyirem geza namazlari ne vaht gilmag olar?

Sual: Men sizden soru6mag isteyirem geza namazlari ne vaht gilmag olar. Men geza namazlarini sahlayiram ve Isha namazinnan sonra giliram. Amma mene dediler ki bu duzgun deyil. 4oh sagolun. Allah sizden razi olsun.

Cavab:

Və aleykumus-sələm.

Əgər islamdan önca qılmadığınız namazları nəzərdə tutursunuzsa onda o namazlar üçün qəza yoxdur. Həmin qılmadığınız namazlara görə tövbə etməyiniz kifayət edir. Çünki hər hansı bir şəxs öz günahlarını başa düşüb tövbə edərsə Allah onu bağışlayır. Uca Allah bu barədə buyurur: “(Ya Rəsulum!) Kafir olanlara de: "Əgər onlar (öz küfrlərindən, Peyğəmbərə və möminlərə qarşı müharibədən) əl çəksələr, keçmişdəki günahları bağışlanar...” (əl-Ənfal surəsi 38-ci ayə).

Hətta insan öz etdiyi günahları başa düşüb ona tövbə edərsə uca Allah onun öncə etdiyi günahlarını savaba çevirər. Görün uca Allah necə də rəhimlidir və bağışlayandır. Uca Allah buyur: “Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!” (əl-Furqan surəsi 70-ci ayə).

Bu ayələr onu göstərir ki, tövbədən sonra Allah günahları bağışlayır. Odur ki, tövbə etdikdən sonra həmin namazları yenidən qılmağa ehtiyac yoxdur.

Həmçinin uca Allah heç vaxt bizim üçün çətinlik istəməz. Uca Allah buyurur: “…Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər...” (əl-Bəqərə surəsi 185-ci ayə).

Həmçinin Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) vaxtında İslamı yeni qəbul edən müsəlmanlar öncə qılmadıqları namzların qəzalarını qılmırdılar.

Əgər siz vaxtı qurtardıqdan sonra qılınan namazları nəzərdə tutursunuzsa, onda həmin namazıarın qəzasını qılmaq lazımdır. Bu namazlar öz-özlüyündə iki qismə bölünür:

1. Üzrlü səbəbə görə buraxılan namazlar; (Məsələn: Unutmaq, bilmədən yatıb qalmaq, döyüş zamanı və s.) Bu zaman üzr aradan qalxan kimi dərhal həmin namazı qılmaq lazımdır. İmam Əli (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) Xəndək döyüşü günü əsr namazını gün batdıqdan sonra qıldı” (Bu hədisi Buxari, Əbu Davud, Nəsai və başqaları rəvayət etmişlər).

2. Üzrsüz səbəbə görə buraxılan namazlar; Bu zaman həmin şəxs bu əməlinə görə Allaha tövbə etməli və həmin namazın qəzasını dərhal qılmalıdır. Çünki, uca Allah namazlarında səhlənkar olanları Cəhənnəmlə hədələmişdir. Uca Allah buyurur: “Vay halına o namaz qılanların ki; Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); Onlar (namazlarında) riyakarlıq edər”. (əl-Məun surəsi 4, 5, 6-cı ayələr).

Qəza namazı eyni ilə həmin namaz kimi qılınır.

627. Ferhad Aliyev (Baki)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz