Sual-Cavab

Men Ramazanin sonuncu gununde bilerekden orucu pozmusdum.Bunun evezinde men ne etmeliyem…

Sual: Salam Aleykum Meni bir sual maraqlandirir. Men Ramazanin sonuncu gununde bilerekden orucu pozmusdum.Bunun evezinde men ne etmeliyem ki keffaret olsun Allah razi olsun Salam Aleykum

Cavab:

Və aleykumus-sələm.

Əgər orucunuzu yemək və ya içmək vasitəsi ilə pozmusunuzsa, onda bu əmələ görə tövbə etməli və həmin günün qəzasını tutmalısınız.

Əgər orucunuzu cinsi əlaqədə olmaq vasitəsi ilə pozmusunuzsa, onda bu əmələ görə həm tövbə etməli, həm bir gün onun qəzasını tutmalı, həm də kəffarə olaraq ya qul azad etməli, ya altmış gün ardıcıl olaraq oruc tutmalı, ya da altmış kasıbı yedirtməlisiniz. Peyğəmbər (səllallahu aleyhi və səlləm) Ramazan orucunda cinsi əlaqəyə girən şəxsə bunları əmr etmişdir. (Bu barədə olan hədisi Buxari və Muslim rəvayət etmişdir).

815. aisha (baki)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz