Sual-Cavab

Men oruc tuturam amma deyirlerki namaz qilmasan oruc tutmaq gunahdir buna baxmayaraq…

Sual: Salam men oruc tuturam amma deyirlerki namaz qilmasan oruc tutmaq gunahdir buna baxmayaraq yenede tuturam sizce gunahmi edirem? Allah haminin orucunu qebul etsin Amin!

Cavab:

Cavab: Bu məsələni iki hissəyə bölmək gərəkdir:

- Namazın gərəksiz olduğunu etiqad edən şəxs kafirdir və oruc tutmağın ona heç bir faydası yoxdur; Peyğəmbərdən səllallahu aleyhi və səlləm soruşduqda o demişdir: “Bizimlə onların (kafirlərin) arasında olan əhd namazdır. Hər kim onu tərk etsə, küfr etmiş olar.”

- Səhlənkarlıq ucbatından namazı tərk edən şəxsin orucunun qəbul olub-olunmaması isə Allaha aiddir.

Qeyd etmək lazımdır ki, namaz İslamın beş əsasından biridir. İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “İslam beş əsas üzərində bina edilmişdir: Allahdan başqa ilahinin olmaması və Muhəmmədin Onun elçisi olmasına şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Bu hədisdən görünür ki, namaz həddi buluğa çatmış ağlı başında olan hər bir müsəlmana vacibdir. Uca Allah buyurur: “Həqiqətən namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir.” (ən-Nisa surəsi 103-cü ayə). Qeyd edək ki, namaz qılmayan şəxs Cəhənnəmə düşə bilər. Uca Allah bu barədə buyurur: “Hər kəs öz əməlinin girovudur! (Hərə öz əməlinin əvəzini alacaqdır!) Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər) istisna olmaqla! Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar; Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər): "Sizi Səqərə (Cəhənnəmə) salan nədir?" Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik;...” (əl-Muddəssir surəsi 38-43).

137. Oxucu (BAki)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz