Men namaz gilirdim lakin sonra bezi sebelere gore atdim .bu ne geder gunah sayilir ?men…
Sual: men namaz gilirdim lakin sonra bezi sebelere gore atdim .bu ne geder gunah sayilir ?men evlendikden sonra davam etmek isteyirem
Cavab:
Əs-sələmu aleykum.
Hər bir insana həddi buluğa çatdıqdan sonra namaz qılmaq vacib olur. Həddi buluğa çatana qədər isə namaz qılmadığına görə həmin şəxsə günah yazılmır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Üç şəxsin üzərindən qələm qaldırılıb (onlara günah yazılmır): Həddi buluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan şəxs...” (Bu hədisi Əbu Davud rəvayət etmişdir). Bu hədis onu göstərir ki, insan həddi buluğa çatdıqdan sonra Allahın əmrlərini yerinə yetirməsə ona günah yazılır.
Odur ki həddi buluğa çatan hər bir müsəlman Allahın əmrlədini yerinə yetirib, qadağalarından çəkinməlidir. Allahın əmrlərindən biri də namaz qılmaqdır. Uca Allah namaz qılmağı hər bir həddi buluğa çatan müsəlmana vacib buyurmuşdur. Uca Allah buyurur: “Həqiqətən namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir.” (ən-Nisa surəsi 103-cü ayə).
İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “İslam beş əsas üzərində bina edilmişdir: Allahdan başqa ilahinin olmaması və Muhəmmədin Onun elçisi olmasına şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Bu hədisdən də görünür ki, namaz həddi buluğa çatmış ağlı başında olan hər bir müsəlmana vacibdir.
Həmçinin namaz insanı pis və çirkin əməllərdən çəkindirir: Uca Allah buyurur: “(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər...” (əl-Ənkəbut surəsi 45-ci ayə).
Uca Allah namaz vasitəsi ilə insanın xırda günahlarını bağışlayır. Uca Allah buyurur: “(Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar.” (Hud surəsi 114-cü ayə).
Eləcə də insan namaz vasitəsi ilə Allahdan yardım diləyir. Uca Allah buyurur: “(Müsibət vaxtında) səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir.” (əl-Bəqərə surəsi 45-ci ayə).
Namaz Allah dərgahında ən əfzəl əməldir. Səhabələr Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) soruşdular: “Hansı əməl daha əfzəldir?” O dedi: “Vaxtında qılınana namaz.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Qeyd edək ki, namaz qılmayan şəxs Cəhənnəmə düşə bilər. Uca Allah bu barədə buyurur: “Hər kəs öz əməlinin girovudur! (Hərə öz əməlinin əvəzini alacaqdır!) Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər) istisna olmaqla! Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar; Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər): "Sizi Səqərə (Cəhənnəmə) salan nədir?" Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik;...” (əl-Muddəssir surəsi 38-43).
Bütün bu ayələr və hədislər onu göstərir ki, namaz İslam dininin əsaslarından biridir. Odur ki, nə qədər ki, gec deyil namaz qılmağa başlayın və bilərəkdən namazı müəyyən vaxta qədər (evlənənə qədər) tərk etməyin. Allah sizə namaz qılmaqda kömək olsun! Amin!!!
Namaz qılmağı öyrənmək üçün saytımızın Namaz bölmünə baxa bilərsiniz.
733. sevda (baku)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz